Xəbərlər
5.05.2025, 21:15
ABŞ qanunsuz miqrantların vətənlərinə qayıtmaları üçün 1 000 dollar ödəyəcək
ABŞ administrasiyası öz təşəbbüsü ilə ölkəni tərk etməyə razılaşan qanunsuz miqrantlara 1 000 dollar ödəməyə başlayacaq.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.
Qurumun məlumatına görə, ödənişi almaq üçün miqrantlar xüsusi “CBP Home” tətbiqində qeydiyyatdan keçməli, ABŞ-ni tərk etməli, sonra isə xaricdə olduqlarını təsdiqləməlidirlər. Bundan sonra onlara 1 000 dollar köçürüləcək. Həmçinin könüllü deportasiya halında onlar lazımi sənədlərin hazırlanmasında və aviabiletlərin alınması üçün maliyyə yardımı almaqda ABŞ hökumətinin yardımına arxalana biləcəklər.
Nazirlik yeni yanaşmanın deportasiya xərclərini təxminən 70 % azaldacağını gözləyir.
“Hazırda qanunsuz miqrantların saxlanması, dəmir barmaqlıqlar arasında ona baxılması və ölkədən çıxarılması orta hesabla 17 121 dollara başa gəlir”, - məlumatda bildirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay