Etibar Hüseynova,
AQMƏVŞAİB - nin Bərdə rayon filialının sədri
Heydər Əliyevin həyatı cəsarət və sədaqət üzərində qurulmuşdu. Bütün xalqımız onun cəsarətinə, Vətən sevgisinə arxalanırdı. O, yalnız bir dövlət başçısı deyil, eyni zamanda, hər bir azərbaycanlının qəlbində yaşayan ölməz qəhrəmandır. Onun həyatı və fəaliyyəti, yalnız Azərbaycanın deyil, bütün dünyada tanınan və təqdir edilən bir liderin həyatının hekayəsidir. Heydər Əliyev öz xalqı ilə birgə Azərbaycanın müstəqilliyini, gücünü və nüfuzunu qorumağa nail oldu. Onun irsi, bu gün də dövlətimizin inkişafı və xalqımızın ruhunun qorunması üçün ən dəyərli qaynaq olaraq qalır.

Vətənini sevmək, xalqının gələcəyi üçün təkbaşına mübarizə aparmaq ona doğulduğu gündən bəxş edilən mənəvi miras, misilsiz genetik kod idi.Heydər Əliyevin doğum günü – yalnız bir tarixi şəxsiyyətin dünyaya gəlişi deyil. Bu gün həm də Azərbaycan tarixində sədaqətin, cəsarətin, dövlətə və xalqa bağlılığın doğum günüdür! Heydər Əliyevin xalqına və dövlətinə bağlılığı – müasir Azərbaycan dövlətçiliyinin əxlaqi və mənəvi təməlidir. Onun hər zaman Azərbaycan adını ucaltması – sadəcə siyasi zəka ilə deyil, Vətənə duyduğu sədaqətlə mümkün olmuşdu.Heydər Əliyevin fitrətində olan sədaqət və cəsarət adlı mənəvi irsi bu gün də yaşayır.Və bu möhtəşəm insani keyfiyyətləri qəlbində, canında, genində daşıyan siyasi varis –Prezident İlham Əliyev bu gün dövlətimizin əvəzolunmaz rəhbəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və xalqına bağlılığı, hər zaman olduğu kimi, atasından aldığı böyük siyasi, mənəvi, əxlaqi dərsin davamıdır. Vətən müharibəsində onun göstərdiyi liderlik təkcə hərbi zəfərlə deyil, həm də milli ruhun və sədaqətin təntənəsi ilə tarixə yazıldı. İlham Əliyevin bayraq qarşısında diz çöküb onu öpməsi sadəcə protokol deyil. Bu, qan yaddaşından gələn millətinə olan sədaqətin, xalqla birgə olmağın bariz nümunəsidir. 44 günlük savaşda Ali Baş Komandan kimi onun rəhbərliyi – təkcə əsgəri əmrlər yox, həm də misilsiz mənəvi səfərbərlik idi. İlham Əliyev sübut etdi ki, sədaqəti də, cəsarəti də genetik bir şifrə kimi özündə daşıyır. Bunu heç bir təhsil, diplom qazandıra bilməz. Bu ilahi varlıq tərəfindən seçilmiş insanlara bəxş edilən xüsusiyyətlərdir. Məhz belə şəxsiyyətlər xalqların liderləri olur!
Yaşadığımız hər gün onun simasında sədaqət anlayışının, cəsarət nümunəsinin və dövlətə bağlılığın təntənəsinə şahid oluruq!..

Ulu Öndər Heydər Əliyevin siyasi irsi sadəcə bir dövlətin qurulmasına yox, bir xalqın mənəvi dirçəlişinə yönəlmişdi. O, təkcə yeni idarəetmə sistemini deyil, həm də sədaqət və cəsarət məktəbini yaratdı.Bu gün İlham Əliyevin timsalında biz liderin genetik sədaqətini və fitri cəsarətini görürük. O, təkcə atasının yolunu davam etdirmir, o yolu Zəfərlə taclandırır. İlham Əliyev eyni zamanda diplomatik manevr ustası, beynəlxalq siyasi müstəvidə qətiyyət
abidəsi kimi çıxış etdi. O, öz atasının mənəvi mirasını qorumaqla qalmadı, onu qalibiyyətə çevirdi. “Dəmir yumruq” düşmənin başı üzərindəki möhtəşəm qüvvə olmaqla bərabər, xalqımızın tarixində sədaqətin və cəsarətin simvoluna çevrildi.Həmin “Dəmir yumruğ”un sahibi bir zamanlar Heydər Əliyevin cəsarətli əlindəntutmuşdu...

İlham Əliyev Azərbaycanı yeni zirvələrə daşıyır. Onun sədaqəti, cəsarəti və iradəsi, Azərbaycanın gələcəyini işıqlandıran ən mühüm faktordur. İlham Əliyev HeydərƏliyevin irsindən güc alaraq, Azərbaycanı inamla gələcəyə aparan bir liderdir.Heydər Əliyevin fitrətindəki sədaqət və cəsarət, İlham Əliyevin iradəsində zəfərə çevrildi. Ata oğula yalnız siyasi miras deyil, həm də mənəvi bir and, genetik bir əmanət ötürdü – Vətəni qorumaq, xalqına və millətinə sədaqətlə xidmət etmək, doğru yolda cəsarətlə addımlamaq!
Bu iki liderin simasında sədaqət və cəsarət nəinki bir nəsil mirası, həm də dövlətin möhkəm təməli, xalqın inam və qürur mənbəyidir.



Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31