Naxçıvana güclü dolu yağıb
Naxçıvan Muxtar Respublikasının dağlıq və dağətəyi zonalarında qeyri-sabit hava şəraiti hökm sürür.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, axşam saatlarında muxtar respublikanın bəzi rayonlarına və Naxçıvan şəhərinə güclü yağış yağıb, dolu düşüb.
Hazırda yağışlı hava şəraiti davam edir.