"Çox stressli oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Biz qələbə qazanıb 2-ci yeri təmin etmək, "Turan Tovuz" isə qalib gələrək üçüncülük mübarizəsini davam etdirmək istəyirdi".

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Turan Tovuz"la matçdan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasında 33-cü turunda qazanılmış 1:0 hesablı qələbəni şərh edib: "İlk dəqiqələrdən meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründü. 15-20 dəqiqə sonra yavaş-yavaş oyunumuzu bərpa edib, oyunu bərabərləşdirdik. İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur. Qırmızı vərəqədən sonra meydanda tam başqa futbol getdi. Bizə mübarizə aparıb, hesabı qorumaq qalırdı. O dəqiqələrdə futbolçularda amansız mübarizə aparırdılar. Sona qədər inanırdılar, inamlı idilər ki, qol buraxmayacağıq. Amma bilirik ki, "Turan Tovuz" üstünlükdən yaxşı istifadə edən komandadır. Uzun hava ötürmələri, ikinci toplarda da həmçinin. O komponentlərdə də rəqibə uduzmayaraq, vacib qələbə qazanaraq ikinci yeri tutduq. Bu münasibətlə azarkeşlərimizi, futbolçularımızı, klub rəhbərliyini ürəkdən təbrik edirəm. Bizim üçün bu mövsüm ikincilik olduqca önəmli idi. Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir. Bu mövsüm bizim üçün daha çətin keçirdi, rəqiblər bizə qarşı daha fərqli oynayırdılar. Şükürlər olsun ki, bu yükün öhdəsindən gəldik. Avrokuboka 2-ci yerlə gedirik. Bu bizi çox sevindirir. Bütün sezonboyu göstərdikləri əzmkarlıq və peşəkarlığa görə, futbolçularıma təşəkkür edirəm. Çox əziyyət çəkirdik. Elə oyun olurdu ki, futbolçumuzun burnu qırılırdı, almacıq sümüyü qırılırdı, çoxsaylı zədələr olurdu. Çətinliklərə baxmayaraq, komandada daim iradə və nəticəyə doğru irəliləyən kollektiv görürdüm. Allaha şükürlər olsun ki, sonda istəyimizə nail olduq".

Rəşad Sadıqov 2-ci yeri təmin etdikləri üçün bundan sonra heyətdə rotasiyalar edə biləcəklərini bildirib: "Bundan sonrakı müddət avrokuboklara hazırlıq olacaq. Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq. Avrokuboklara 1-ci, yoxsa 2-ci mərhələdən başlayacağımız artıq kubokun finalından asılıdır. Ya biz, ya da "Sabah" Avropa Liqasına gedəcək. Hər iki komandaya uğurlar arzulayıram. Hər iki komanda Avropa Liqasında ölkəmizi təmsil etməyə layiqdir. Şəxsən mənim üçün ən vacib olan ikincilikdir. "Qarabağ" kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacibdir. Çox ciddi rəqabət getdi. Qış fasiləsindən sonra stabil oynayan, nəticə qazanan komanda idik və sona üç tur qalmış nəticə həll oldu. Amma tam başqa cür də ola bilərdi. Bu mövsüm 2-ci yer bizim üçün uğurdur".

Qeyd edək ki, "Zirə" ardıcıl ikinci mövsümdə gümüş medallara sahib çıxıb.

Son xəbərlər

İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Mövlud Çavuşoğlunun qardaşı güllələnib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib

Zaqatalada yarımstansiyada qəza olub, 15 mindən çox əhali işıqsız qalıb

Azərbaycan nefti 118 dollardan yuxarı səviyyədə ticarət olunur

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bakıda müğənni əməliyyatdan sonra öldü

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi

QIZBƏS QƏBƏLƏ : Yurdun tarixidir İÇƏRİŞƏHƏR - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031