ADA Universitetində sosial məsuliyyət ruhunu təcəssüm etdirən Hacı Zeynalabdin Tağıyev Mükafatının təqdimat mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sosial Məsuliyyət Günü münasibətilə təşkil olunan tədbir universitetin dəyərlərini əks etdirən və gənclərin təşəbbüskar ruhunu ortaya qoyan əlamətdar gün kimi xüsusi ruh yüksəkliyi ilə qeyd edilib.

Tədbirdən öncə kampusda təşkil olunan sərgidə tələbələr il ərzində ərsəyə gətirdikləri sosial təsirə malik təşəbbüslərini təqdim ediblər.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında tədbirin əhəmiyyətindən bəhs edərək bildirib: “Biz ADA Universitetində təkcə savadlı deyil, dəyərlərə bağlı, məsuliyyətli vətəndaşlar yetişdiririk. Bu işdə Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyəçilərin irsi bizə bələdçilik edir, yol göstərir. Tələbələrimizin də bu irsi yaşadaraq, onu gələcəyə daşımağa çalışması nailiyyətlərimizdən biridir”.

Universitetin prorektoru Günay Ziyadova çıxışında bu təşəbbüsün on ildən artıqdır ki, ADA-nın əsas ənənələrindən birinə çevrildiyini vurğulayıb.

Tədbirdə, həmçinin Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları da iştirak ediblər.

Sonda münsiflər heyətinin üzvləri tərəfindən qalib komandalar elan olunub. Birinci yerə sahib olan “Benjamin Button” komandası 2500 manat, ikinci yeri qazanan “Tech4Equity” komandası 1500 manat, üçüncü yerə çıxan “Empower Disability” və “She Leads” komandaları 1000 manat məbləğində mükafat qazanıblar.

Bu il yüzdən çox ADA tələbəsi müxtəlif mövzularda layihələr həyata keçirib. Onlar yalnız Bakıda deyil, həmçinin regionlardakı məktəblərdə, qocalar evlərində və ictimai məkanlarda fəaliyyət göstərərək, cəmiyyətin sosial inkişafını dəstəkləyən təşəbbüslərlə çıxış ediblər. Bu layihə təşəbbüsləri təhsil və biliklərin əlçatanlığının artırılması, gənclərə bacarıqların ötürülməsi, ətraf mühitin qorunması və ekoloji maarifləndirmə, texnologiya və innovasiyanın sosial fayda üçün tətbiqi, eləcə də sosial inteqrasiya və icma ruhunun gücləndirilməsi sahələrini əhatə edib.







Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031