Xəbərlər
26.04.2025, 21:04
"Bavariya" və "Bayer"dən qələbə
Almaniya çempionatının 31-ci turunda "Bavariya" Münhendə "Maynts"ı qəbul edib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, belçikalı Vinsent Kompaninin rəhbərlik etdiyi komanda 3:0 hesabı ilə qalib gəlib. Qolları almaniyalı hücumçu Leroy Sane, fransalı hücumçu Mixael Olişe və ingilis müdafiəçi Erik Dayer vurub.
"Bavariya" 75 xalla turnir cədvəlinə başçılıq edir və "Auqsburq"u 2:0 hesabı ilə məğlub edən ikinci yerin çempionu "Bayer Leverkuzen"i 7 xal qabaqlayır.
Qeyd edək ki, bu gün keçirilən oyunda ispaniyalı Xabi Alonsonun rəhbərlik etdiyi komandadan çexiyalı hücumçu Patrik Şik və argentinalı hücumçu Emiliano Buendia fərqlənib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay