Naxçıvan Dövlət Universitetinin (NDU) təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərəfdaşlığı ilə Azərbaycan Psixoloqlarının I Forumu keçirilib.

NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Açılış mərasimində çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev forumun təşkilini yüksək qiymətləndirib.

“Əminik ki, bu forumdan əldə olunan nəticələr, nəşr ediləcək materiallar universitetin psixologiya ixtisasında tədrisin keyfiyyətini daha da yüksəltməklə yanaşı, ümumilikdə ölkədə bu sahənin inkişafına töhfə olacaq”, - deyə rektor bildirib.

Elbrus İsayev, həmçinin yaxın gələcəkdə universitetdə Psixologiya Mərkəzinin yaradılması ilə bağlı mühüm işlərin həyata keçirildiyini qeyd edib.

Sonra plenar çıxışlar olub, məruzələr dinlənilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məktəb psixoloqlarının fəaliyyəti, onların peşə bacarıqlarının artırılması istiqamətində görülən işlərdən bəhs edib. Gənc nəslin yetişməsində mühüm məsuliyyət daşıyan məktəb psixoloqlarının belə tədbirlərdə iştirakının önəminə diqqət çəkib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı professor Qızxanım Qəhrəmanova, Türkiyənin Malatya Turqut Özal Universitetinin rektor köməkçisi professor İlhan Erdem, Yıldız Texniki Universitetinin rektor müşaviri professor Mehmet Engin Deniz məruzələrlə çıxış ediblər. Eyni zamanda, Azərbaycan Respublikası Təhsil İnstitutunun Psixologiya və xüsusi təhsil şöbəsinin müdiri dosent Elxan Bəylərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini dosent Nuralı Çələbiyev və Naxçıvan Dövlət Universitetinin Magistratura və Doktorantura Mərkəzinin direktoru Çapay Quliyev psixologiyada müasir yanaşmalara və yeni çağırışlara toxunaraq aktual məsələlərə dair başlıqlarda məruzələr təqdim ediblər.

Sonra plenar məruzəçilərinə NDU rektoru tərəfindən təşəkkürnamələr verilib.

Bölmə iclasları ilə davam edən forumda 7 istiqamətdə müzakirələr aparılıb.

Forum çərçivəsində xüsusilə təlim və vörkşoplar təşkil olunub.









Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930