Xəbərlər
25.04.2025, 01:19
ABŞ bir həftə ərzində Yəmən ərazisinə 260 zərbə endirib
ABŞ ordusu son bir həftə ərzində Yəmənə azı 260 zərbə endirib.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi bildirib.
O həmçinin qeyd edib ki, husilər öz növbəsində bir həftə ərzində İsrailə, habelə Qırmızı və Ərəb dənizlərində ABŞ hərbi gəmilərinə qarşı 16 hücum təşkil ediblər.
Xatırladaq ki, aprelin 22-də husilər Qırmızı dənizdə ABŞ-nin “Harri Truman” və “Karl Vinson” gəmilərinə, eləcə də onları müşayiət edən hərbi gəmilərə zərbələr endirdiklərini bildiriblər. Yəmən yaraqlılarının bildirdiyinə görə, hücumlar qanadlı raketlər və dronlardan istifadə edilməklə həyata keçirilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay