BİZİM TƏQVİM: 22 apreldə baş vermiş tarixi hadisələr


1918-ci ilin bu günü Zaqafqaziya Demokratik Federativ Respublikası yaradılıb. Bu federasiyada Azərbaycan, Gürcüstan və Ermənistan birləşdirirdi. Azərbaycandan 5 nümayəndə, o cümlədən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli federasiya hökumətində təmsil olunurdu. Lakin Qafqaz respublikasının ömrü az oldu. Mayın 26-da Gürcüstanın çıxması ilə federasiya süquta uğradı.

Bəs, 22 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1835-ci ildə Şimali Amerikanın Hindu qəbilələrindən birinin başçısı, “qalxan günəş” ləqəbilə tanınan Otseolo müstəmləkəçilərin daimi yaşayış yerlərindən köçmək barədə müqaviləyə imza atmaq təklifinə cavab olaraq sənədi bıçaqla cırıb. Bu hadisədən az sonra Otseolo müstəmləkəçilərə qarşı uğurlu müharibəyə başlayıb. Lakin 2 il sonra - 1837-ci ilin sonunda xəyanət nəticəsində əsir düşərək zindanda həlak olub.

2. 1906-ci ilin 22 aprelində Yunanıstanın Afina şəhərində Yay Olimpiya Oyunları təşkil edilib. Bu oyunlar 1896-cı ildə Yunanıstan keçirilən ilk olimpiadanın 10-cu ili şərəfinə təşkil edilib. Həmin ildən ara olimpiadaların keçirilməsinə qərar verilib. Ara olimpiadalar qeyri-rəsmi hesab olunur, qaliblərə verilən medallar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmır.

3. SSRİ Kommunist Partiyasının rəsmi mətbuat orqanı “Pravda” qəzetinin ilk sayı 22 aprel 1912-ci ildə dərc olunub.

4. 1920-ci ilin bu günü Rusiya Kommunist partiyası Qafqaz əyalət komitəsinin Bakı bürosu “Azərbaycanda silahlı üsyanın başlanması” barədə qərar qəbul etdi. Bundan cəmi 5 gün sonra Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmağa məcbur oldu.

5. 22 aprel 1994-ci ildə Azərbaycan Respublikası Əlcəzair ilə diplomatik əlaqələr qurmuşdur.

6. 2004-cü ilin 22 aprelində Şimali Koreyada neft və LPG yüklü iki qatarın toqquşması nəticəsində meydana gələn böyük partlayışda 150 nəfər həlak oldu.

7. 22 aprel 2018-ci ildə “Qarabağ” vaxtından qabaq Azərbaycan Premyer Liqasının çempionu olmuşdur.

8. Aprelin 22-si Beynəlxalq Yer Günüdür. Bu günün keçirilmə ənənələri XIX əsrin 40-cı illərinə təsadüf edir. Həmin dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton tərəfindən yaşıllaşdırma gününün keçirilməsi təklif olunub. 1882-ci il aprelin 22-də Nebraska ştatında rəsmi bayram günü elan edilib və “Ağac günü” qeyd olunmağa başlayıb.

1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılıb. Tədricən bu bayram beynəlxalq xarakter alıb və hazırda 150-dək ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.

22 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Klassik alman fəlsəfəsinin görkəmli nümayəndəsi İmmanuil Kant 1724-cü ilin bu günü Küniqsberqdə dünyaya gəlib.

2. Rusiya Kommunist partiyasının banisi və 17 Oktyabr İnqilabının rəhbəri Vladimir Ulyanov – Lenin 1870-ci ilin 22 aprelində doğulub.

3. Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artist Ağahüseyn Cavadov 22 aprel 1894-cü ildə dünyaya gəlib.

4. 1929-ci ildə “Türkiyənin ilk gözəllik kraliçası” seçilən Feriha Tevfik beyin qansızması nəticəsində 22 aprel 1991-ci ildə İstanbulda dünyasını dəyişib. (1910-1991)

5. 22 aprel 1942-ci ildə Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əbluc anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov 22 aprel 1946-cı ildə doğulub. (Bizim.Media)

Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031