Keniyanın Eldoret şəhərində yerləşən "Mediheal” xəstəxanasında həyata keçirilən qanunsuz orqan transplantasiyası əməliyyatlarında donorlar arasında Azərbaycan vətəndaşları da yer alır.

"Ölkə.az" Teleqraf-a istinadla xəbər verir ki, bu, Almaniyanın aparıcı mətbuat orqanları olan "Der Spiegel”, ZDF və"Deutsche Welle"nin birgə araşdırması nəticəsində üzə çıxıb.

Məlum olub ki, Almaniya və İsraildən gələn və böyrək köçürülməsi gözləyən imkanlı pasiyentlər üçün donorlar Azərbaycan, Qazaxıstan və Pakistan kimi ölkələrdən seçilir.

Bu şəxslər xəstələrlə heç bir qohumluq əlaqəsi olmadığı halda sənədlərdə saxta şəkildə "yaxın qohum” kimi göstərilir və onlardan böyrək götürülür. Ən narahatedici məqam isə odur ki, bəzi donorlar hələ yetkinlik yaşına çatmamış olur və çox vaxt ingilis dilini bilmədikləri üçün risklərdən xəbərsiz şəkildə sənədləri imzalayırlar.

Donorların sağlamlığı və hüquqlarına əhəmiyyət verilmədən həyata keçirilən bu əməliyyatlar, əslində bir neçə ölkəni əhatə edən, çoxmilyonluq gəlir gətirən cinayətkar şəbəkənin fəaliyyətidir.

Araşdırmada göstərilib ki, Almaniyada böyrək donoru çatışmazlığı səbəbindən transplantasiya gözləyənlərin sayı 10.000 nəfəri ötür və gözləmə müddəti 8-10 ilədək uzana bilər. Məhz bu səbəbdən bir çox pasiyentlər, o cümlədən Almaniyanın Guntzenhauzen şəhərindən olan 57 yaşlı Sabine Fischer-Kugler çıxış yolunu ölkə xaricində, qeyri-qanuni yollarla böyrək əldə etməkdə görürlər.

Onun donoru isə 24 yaşlı Azərbaycan vətəndaşı olub. Rəsmi sənədlərdə əməliyyatın "tamamilə təmənnasız” olduğu göstərilsə də, pasiyent "MedLead" agentliyinə 100.000 – 200.000 dollar arasında məbləğ ödədiyini etiraf edib.

Hesabatda adı keçən "Mediheal” xəstəxanasının qurucusu və rəhbəri Hindistan əsilli keçmiş deputat Svarup Mişra hazırda dövlətə məxsus Kenya "BioVax” vaksin institutunun rəhbəridir və Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələrdə ölkəni təmsil edir.

Onun barəsində dəfələrlə orqan alveri ilə bağlı ittihamlar səsləndirilsə də, o, jurnalistlərin sorğularına cavab verməkdən imtina edib.

Hazırda isə, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən bu cür əməliyyatlara cəlb olunan donorlar ciddi sağlamlıq problemləri ilə üzləşir, bir çox hallarda isə psixoloji travmalardan əziyyət çəkirlər.

Son xəbərlər

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031