Gürcüstan Prezidenti Milli Məclisdə olub

Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Gürcüstan Prezidentini və rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın Milli Məclisində səmimi salamlayan spiker Sahibə Qafarova bir müddət əvvəl Gürcüstana rəsmi səfəri zamanı Gürcüstanın dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.

Parlamentin sədri Mixeil Kavelaşvilinin Gürcüstan Prezidenti kimi ilk xarici səfərini Azərbaycana etməsini xalqlarımız arasında dostluğun, qardaşlığın növbəti təzahürü kimi dəyərləndirib. Bildirib ki, bu, eyni zamanda, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bir göstəricisidir. Spiker bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Milli Məclisin sədri Gürcüstanla əlaqələrdən danışarkən, xalqlarımızın bütün dövrlərdə həmişə dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün də belə olduğunu vurğulayıb. Bu amilin münasibətlərimizin təməlində dayandığını söyləyib.

Spiker diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. Bildirilib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur.

İki ölkə arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Milli Məclisin sədri bu sahədə qarşılıqlı dostluq qruplarının rolunu xüsusi qeyd edib, parlament komitələri arasında əməkdaşlığın vacibliyindən danışıb, deputatlarımızın beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq etdiklərini vurğulayıb. Spiker bəzi beynəlxalq qurumların ölkələrimizə qarşı qərəzli münasibəti fonunda, parlamentlərimizin beynəlxalq səviyyədə əməkdaşlığının xüsusilə aktual olduğunu qeyd edib.

Söhbətdə spiker Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu diqqətə çatdıraraq, Ermənistanla sülh müqaviləsinin imzalanmasının region üçün böyük perspektivlər açacağına inamını ifadə edib.

Səmimi görüş üçün təşəkkürünü bildirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident kimi ilk xarici səfərini Azərbaycana etməsinin önəmini qeyd edib.

O, Prezident İlham Əliyevlə bu gün keçirdiyi görüş barədə təəssüratlarını bölüşüb. Bildirib ki, bu çox əhəmiyyətli görüş oldu və qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi baxımından çox faydalı idi. Prezident Mixeil Kavelaşvili Gürcüstan-Azərbaycan əlaqələrinin və strateji tərəfdaşlığının digər ölkələrə bir nümunə olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, son illər ölkələrimiz bir sıra çağırışlarla üzləşdi, kənar qüvvələrin ölkələrimizin daxili işlərinə qarışmaq cəhdləri bizə onu göstərdi ki, biz milli və ailə dəyərlərimizi, tariximizi, ənənələrimizi müdafiə etməliyik. Bir-birimizi dəstəkləməyimiz vacibdir və böyük əhəmiyyət kəsb edir.

İki ölkənin parlamentlərarası əlaqələrinin də yüksək səviyyədə olduğunu deyən Gürcüstan Prezidenti bu baxımdan qarşılıqlı səfərlərin rolunu qeyd edib.

Görüşdə iki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsinin gələcəyimiz üçün böyük önəm daşıdığı diqqətə çatdırılıb.
Prezident Mixeil Kavelaşvili Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanın əldə olunmasını alqışladıqlarını və tezliklə sülh müqaviləsinin imzalanacağına inandıqlarını diqqətə çatdırıb. O, bildirib ki, sülh müqaviləsinin imzalanması regionda sülh və sabitliyi təmin edəcək.

Cənubi Qafqaz regionunun böyük potensialının olduğunu vurğulayan Gürcüstanın dövlət başçısı bu potensialdan geniş istifadə olunmasının vacibliyini söyləyib.
Söhbət zamanı digər mövzularda da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Finlandiya Rusiyanın internetini kəsir - Proses bu tarixdə baş tutacaq

Bu ölkədə helikopter qəzaya uğradı - Yüksəkvəzifəlilər öldü

Beyin sürətində işləyən çip hazırlandı

İlhamə QARAYEVA – bir ömrün sözlə yazılan salnaməsi - FOTOLAR

VƏTƏN GÖYLƏRİNDƏ YAŞAYAN AD - FOTOLAR

"Fənərbağça" növbəti mərhələdə

100 milyonluq işdə yeni adlar üzə çıxır - Vəzifəli şəxs həbs edildi

Həyət evinin rahatlığı, yoxsa bina evinin üstünlükləri?

Azərbaycan millisi dünya ikincisi oldu

Məşhur musiqiçi yol qəzasında öldü

PÜSTƏ RƏVAN : NƏSİHƏT - FOTO

Bu musiqi məktəbinə Habil Əliyevin adı verildi

Magistratura üzrə 4 minə yaxın plan yeri boş qaldı

Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

"Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur" - DEPUTAT

12-ci illərini belə təbrik etdi - Fotolar

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031