Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü - FOTO

Fevralın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, əvvəlcə, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra iki ölkənin parlament sədrləri arasında təkbətək görüş keçirilib.

Görüşdən sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra tərəflər arasında geniş tərkibdə görüş olub.

Sahibə Qafarova Belarus parlamentinin sədrinin rəsmi səfərlə yanaşı, həm də Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etməsini yüksək qiymətləndirib. Eyni zamanda, Azərbaycan və Belarus arasında münasibətlərin səmimiliyə, etimada və dostluğa əsaslandığını diqqətə çatdırıb.

Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 32 ildə ikitərəfli əlaqələrdə fundamental ənənələr formalaşıb. Münasibətlərin inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunu vurğulayan Milli Məclisin sədri, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və imzalanan 170-dən artıq sənədin əlaqələrin daha da güclənməsinə xidmət etdiyini vurğulayıb. Sahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq etməsindən, beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib.
Ətraflı

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrə mühüm töhfələr verən parlamentlərarası münasibətlərin mövcud səviyyəsindən razılıqla danışılıb. Sahibə Qafarova ötən il Belarus Respublikasına rəsmi səfərini və orada keçirdiyi görüşləri xatırlayaraq, qanunverici orqanlarımızın həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyini deyib. Bildirib ki, Belarus APA-da müşahidəçi statusu alarsa, bu, çoxtərəfli əməkdaşlığa öz müsbət təsirini göstərəcək. Sahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti və Azərbaycanda keçirilmiş COP29 ərəfəsində bəzi qüvvələrin ölkəmizə qarşı ədalətsiz münasibəti barədə qonağa məlumat verib.

Görüşdə Azərbaycanda və Belarusda keçirilən seçkilərdə qarşılıqlı olaraq nümayəndə heyətlərinin geniş tərkibdə müşahidəçi qismində iştirak etməsindən razılıqla danışılıb.

Ölkəmizə rəsmi səfərə və APA-nın 15-ci plenar sessiyasında iştiraka dəvətə görə təşəkkürünü bildirən Natalya Koçanova qeyd edib ki, iki ölkənin bugünkü əlaqələri illərin sınağından çıxmış qarşılıqlı münasibətlərə əsaslanır. O, iki ölkənin iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrinin yüksək səviyyədə olmasından danışaraq, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Qonaq Azərbaycanın öz suverenliyini tam bərpa etməsinin Belarusda da sevinclə qarşılandığını deyərək, ötən il və bu il həm Azərbaycanda, həm də Belarusda keçirilən seçkilərin vətəndaşlarımızın ölkə rəhbərliyinə güclü dəstəyinin ifadəsi olduğunu diqqətə çatdırıb.

Natalya Koçanova Azərbaycanla münasibətlərə böyük önəm verdiklərini və bu əlaqələrin daha da inkişaf etdirmək əzmində olduqlarını bildirib. Qonaq Belarusun Asiya Parlament Assambleyasında müşahidəçi statusu almağa namizədliyinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib və bu təşkilat çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Sahibə Qafarova belaruslu həmkarı ilə görüşdü - FOTO

Son xəbərlər

Hacıməmməd Məmmədov : İRADƏNİN GÜCÜ

Xalq artisti Ramiz Quliyevin qəbirüstü abidəsinin açılışı oldu

Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır

SÖZƏ DƏYƏR VERƏN ŞAİR BƏRADƏR SƏMƏNDƏRLİNİN 60 İLLİK YUBİLEYİ QEYD OLUNDU

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

MƏN KİMƏM? - FOTO

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031