Xəbərlər
11.04.2025, 00:16
ABŞ İranla fikir ayrılıqlarını diplomatik yolla həllində maraqlıdır
ABŞ İranla fikir ayrılıqlarını diplomatik yolla həllində maraqlı olsa da, müxtəlif ssenarilərə hazırdır.
"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus “Fox Business” telekanalının efirində bildirib.
“İran kimi bir ölkə ilə məşğul olmaq və razılığa gəlmək üçün çoxlu müxtəlif yollar var”, - o bildirib
Bryus əlavə edib ki, hazırkı ABŞ administrasiyası problemləri danışıqlar, sammitlər və müzakirələr yolu ilə həll etməkdə qərarlıdır.
O, dövlət başçısı Donald Trampın İrana qarşı hərbi əməliyyatları istisna etmədiyini də diqqətə çatdırıb.
Bundan əvvəl İranın ali rəhbəri Əli Xameneinin siyasi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əli Şəmxani bildirib ki, ABŞ və İsrail İranı hərbi güc tətbiq etməklə hədələməyə davam edərsə, Tehran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandıracaq və bütün agentlik müfəttişlərini ölkədən çıxaracaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay