Ciddə danışıqları: Ukraynanın ABŞ-yə dönüşü - ŞƏRH


Səudiyyə Ərəbistanının ikinci ən böyük şəhəri olan Ciddədə ABŞ və Ukrayna rəsmiləri arasında martın 11-də keçirilən görüşün nəticələri təhlil edilir, müxtəlif səviyyələrdə dəyərləndirilir.

Rusiya məsələyə rəsmi münasibət bildirməyib. Ukrayna nümayəndə heyəti isə 30 günlük atəşkəs rejiminin tətbiqinə razılıq verib.

Danışıqlar Ukraynanın Prezident Ofisinin başçısı Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa, müdafiə naziri Rüstəm Umerov, Yermakın müavini Pavel Palislə ABŞ-nin dövlət katibi Marko Rubio və Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts arasında olub. Səkkiz saat sürən söhbət nəticəsində bir sıra məsələlər, o cümlədən müvəqqəti atəşkəs və ABŞ-nin Ukraynaya hərbi yardımının bərpası üzrə razılıq əldə olunub.

Görüş başa çatandan sonra yayılan açıqlamada qeyd edilib ki, tərəflər uzunmüddətli sülh prosesinin tətbiqinə başlamağın zamanının gəldiyini təsdiqləyiblər.

Görüşün yekununa dair kommunikedə aşağıdakı məsələlər əks olunub:

- Ukrayna ABŞ-nin 30 günlük atəşkəs rejiminin və onun mümkün uzadılması təklifini qəbul edib;

- Sazişin icrası Rusiyanın öhdəliklərini qarşılıqlı şəkildə yerinə yetirməsindən asılı olacaq. ABŞ sülhə nail olmaq üçün əsas şərtin qarşılıqlılıq olduğunu Rusiyaya çatdırmalıdır;

- Ştatlar kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir;

- Görüşdə bir sıra humanitar təşəbbüslər, o cümlədən hərbi əsirlərin mübadiləsi, mülki şəxslərin əsirlikdən azad edilməsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılması;

- Ukraynanın uzunmüddətli təhlükəsizliyini təmin etmək üçün hər iki ölkənin işçi qrupunun yaradılması, məsləhətləşmələrə başlaması;

- Təklifin Rusiyaya çatdırılması, sülh danışıqları prosesinə avropalı tərəfdaşların cəlb edilməsi;

- Ukrayna və ABŞ prezidentləri Ukrayna iqtisadiyyatını gücləndirmək, uzunmüddətli rifah və təhlükəsizliyini təmin etmək məqsədilə ölkənin mühüm mineral ehtiyatlarının işlənməsinə dair hərtərəfli sazişin tezliklə bağlanması barədə razılığın əldə olunması.

Ukrayna Prezidenti Volodimir Zelenski əldə edilmiş razılıqla bağlı bildirib ki, ABŞ təkcə raket və dron hücumlarını deyil, həm də bütün cəbhə xətti boyunca hərbi əməliyyatları əhatə edəcək 30 günlük atəşkəs yaratmağı təklif edib: “Ukrayna razılaşdı. Ancaq indi ABŞ üçün əsas vəzifə Rusiyanı bu qərarı dəstəkləməyə inandırmaq olacaq”.

Zelenskinin sözlərinə görə, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev öz tərəfdaşları ilə birlikdə uzunmüddətli sülh və təhlükəsizliyə zəmanət verən işçi sənədlər hazırlaya biləcək.

Ukrayna lideri ölkəsinin sülhə hazır olduğunu vurğulayaraq deyib: “Rusiya müharibəni dayandırmağa hazır olduğunu, yoxsa davam etdirmək istədiyini göstərməlidir. Həqiqətin tam üzə çıxması anı gəlib”.

ABŞ Prezidenti Donald Tramp Ciddədəki görüşdən sonra Volodimir Zelenskini yenidən Ağ Evə dəvət edib. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin razılıq verəcək: “Əks halda biz başlayacağıq”.

Tramp əlavə edib ki, Rusiya razılaşmasa, müharibə davam edəcək, çoxlu adam öləcək.

İndi növbə Moskvanındır. Başqa sözlə, top Rusiyanın meydanındadır. Onun Kremlin meydanında qalma müddəti var, yoxsa top mərmisinə çevrilib partlaya da bilər.

Stiven Uitkoffun

ABŞ prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Stiven Uitkoffun martın 13-də Moskvaya gedəcəyinə dair xəbərlər yayılıb.

RF dövlət duması sədrinin müavini Konstantin Kosaçev Ciddə görüşü ilə bağlı bunları deyib: “Ukrayna ABŞ-nin dedikləri ilə razılaşır. Ancaq istənilən razılaşmalar Rusiyanın şərtləri əsasında həyata keçiriləcək”.

Ona görə ehtimal etmək olar ki, Moskva atəşkəslə bağlı yeni şərtlər irəli sürəcək.

Əslində, Zelenskinin fevralın 28-də Ağ Evdə Donald Trampla münasibəti və görüşün nəticəsiz başa çatması Moskvanı qane edirdi. O, beynəlxalq ictimaiyyətə “biz razılaşdıq, Kiyev imtina etdi” kimi fikirlərlə anti-Ukrayna təbliğatı apara bilərdi.

Ancaq Ukrayna Ciddə görüşünə razılıq verməklə Rusiya hakimiyyətini seytnot vəziyyətə sala bilər. Başqa sözlə, Kreml məsələyə münasibətini gecikdirməklə hadisələrin bu şəkildə inkişafına hazır olmadığını göstərir. Zelenski və Tramp görüşlə bağlı mövqelərini sərgilədikləri halda Kremlin münasibəti hələ ki yoxdur. Hətta bundan sonra verilsə belə, yenə də hazırlığın olmadığının göstəricisi sayılır.

Ağ Evdəki məlum hadisədən sonra Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Zelenskini qəbul edərək Ukraynaya yardım edəcəklərini vəd etdilər. Bununla belə, onlar ABŞ ilə razılaşmanın vacibliyini də Kiyev rəsmisinə çatdırdılar.

Ukrayna Prezidentinin Londonda Aİ və krallıq rəsmilərinin qeyri-rəsmi sammitində iştirakı ölkəsinə əlavə yardım qazandırdı. Avropalılar ABŞ və Rusiyaya “müharibə yolu ilə sülh” əldə edilməsi mövqelərini bildirdilər. Onlar danışıqlardan kənarda qalmamaq üçün müttəfiqlərinə bu prosesdə iştirak etmək istədiklərini də vurğuladılar. Elə Zelenski də Ciddə görüşünü dəyərləndirərkən gələcək mümkün danışıqda onların da iştirakını qeyd edib.

Britaniyanın Baş naziri Kir Starmer bu görüşü “əhəmiyyətli dönüş” adlandırıb. O bildirib ki, Rusiya da hərbi əməliyyatları dayandırıb atəşkəsə razılaşmalıdır. Krallığın hökumət başçısı davamlı və təhlükəsiz sülhün təmin edilməsi üçün səylərin artırılmasına çağıraraq Ukraynadakı vəziyyəti müzakirə etmək üçün martın 15-də sammitin keçiriləcəyini elan edib.

Bu hadisələr Aİ-nin dünyadakı münaqişələrin həllində gücsüzlüyünü isbatladı. Azərbaycan torpaqları işğal altında olanda birlik və ATƏT-in fəaliyyətsizliyi ifşa edilmişdi. Bu qurum 30 ilə yaxın müddətdə vecsizliyi ilə yadda qalıb. Elə Ukrayna hadisələrində də ATƏT-in Minsk üçtərəfli (Ukrayna, ATƏT və Rusiya ) təmas qrupu yaradılmışdı. Münaqişənin həllinə onu heç bir faydası olmadı.

Fransanın başçılıq etdiyi bu qurum müxtəlif beynəlxalq məsələlərdə özünü aparıcı, yaxud aparıcılardan biri kimi göstərməyə səy etsə də, nəticədə son sözü deyən heç vaxt olmur. ABŞ və Ukrayna liderləri arasında baş vermiş hadisənin yenidən çıxış nöqtəsinə qayıtması Aİ-nin də dişsizliyini isbatlayır. Bu qurum güc mərkəzi və qütb ola bilmir.(Report)

Son xəbərlər

Uzunömürlülüyün sirri olan 7 qida - Açıqlandı

Sanksiyalar İrana mane ola bilmədi - Hasilatı artırdılar

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar

“Prezident əvəzinə qubernator seçək, 51-ci ştatımız olsun”

ŞƏHİD XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYIR

CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır

İsraildə parlament seçkiləri başa çatdı - Netanyahunun partiyası öndədir

Nicat Novruzoğlu : Quşlar təbiətin telefon zəngi - FOTO

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Növbəti Bərdə terrorundan 6 il keçdi

Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib

İranı "ağılsız ölkə" adlandırıb Almaniyaya söz atdı

Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər

Süni intellekt məhkəməyə verildi - ChatGPT-a uşaqlara zərər vurmaq İTTİHAMI

Bakının bu rayonlarında işıq olmayacaq

İsmail Kartal 5-ci dəfə “Fənərbaxça”dan getdi

“Barbie” kimi görünəcəyəm demişdi - Son halını paylaşdı

Oktyabrın 27-də ”Sözün Böyük Sultanı: Xaqani Şirvani-900” mövzusunda tədbir keçirilib - FOTOLAR

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Metro stansiyalarında ürək aparatları quraşdırılacaq

"QOSMA" ƏDƏBİ MƏCLİSİNİN PAYİZ GÖRÜŞÜ - FOTOLAR

Novruzəli Aslanov: “Mədəniyyətlərarası münasibətlərin davamlılığı həm tarixi irslə, həm də bu irsin müasir cəmiyyətdə qorunması və inkişaf etdirilməsi ilə bağlıdır”

Ceyhun Bayramov: Azərbaycan ICESCO-la əməkdaşlığa xüsusi əhəmiyyət verir

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevdə tələbə yataqxanası, xəstəxana zərər çəkib

İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Avropada iki seçki – keçmişlə vidalaşan Serbiya, yenilənməyən Bolqarıstan

Stubb və Störe Putinlə danışıqdan sonra Zelenskiyə zəng ediblər

Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031