Makron: Rusiya bütün Avropa üçün təhdidə çevrilib
Rusiya bütün Avropa üçün təhdidə çevrilib.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində söyləyib.

Makron müraciətini “beynəlxalq vəziyyətlə” əlaqələndirib və fransızların buna “ədalətli şəkildə narahat olduqlarını” qeyd edib. O, ABŞ-nin “Ukraynadakı müharibə mövzusunda mövqeyini dəyişdiyini” və Avropa İttifaqı (Aİ) mallarına gömrük rüsumu tətbiq etməyi planlaşdırdığına diqqət çəkib.

“Biz yeni bir eraya qədəm qoyuruq”, – Makron bildirib. O, Rusiyanın Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirdiyini və buna Şimali Koreya əsgərləri və İran hərbi texnikası istifadə edərək nail olduğunu qeyd edib. Həmçinin Rusiyanın hərbi potensialını artırdığını deyib. Makronun fikrincə, Avropa ABŞ-nin “bizim tərəfimizdə olmayacağına” hazır olmalıdır.

“Kim Rusiyanın Ukraynada dayanacağına inanar? Rusiya artıq Fransaya və Avropaya təhdidə çevrilib. Mənim sizə izah etdiyim vəziyyət elədir və biz bununla məşğul olmalıyıq. Sülhə gedən yol Ukraynasız mümkün deyil. Sülh Ukraynanın təslim olması yolu ilə əldə edilə bilməz. Biz unutmamalıyıq ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum edib. Minskdə atəşkəsə razılaşmışdıq”, – deyə Makron xatırladıb.

Makron Fransanın avropalı müttəfiqləri ilə işləmək marağında olduğunu açıqlayıb. Gələn həftə o, “möhkəm sülhün” yaradılmasında iştirak etmək istəyən dövlət başçılarını bir araya gətirəcək. Bu planı Fransa, Ukrayna və digər Avropa tərəfdaşları ilə birgə hazırladığını bildirib.

“Ukraynada sülh tez və ya gec əldə olunsa da, Avropa dövlətləri özlərini daha yaxşı qorumaq imkanına malik olmalıdır. Müdafiəmizi gücləndirməliyik. Bu baxımdan, biz NATO-ya sadiq qalsaq da, müstəqilliyimizi gücləndirməliyik. Avropanın gələcəyinə Vaşinqtonda və Moskvada qərar verilməməlidir”, – Makron qeyd edib.

Makron həmçinin “Avropa tərəfdaşlarımızla nüvə silahı ilə qorunma mövzusunda müzakirələrə başlamağı qərara aldığını” bildirib. “Hər nə olursa olsun, qərar hər zaman Prezidentin, Silahlı Qüvvələrin Baş Komandanının əlində olacaq”, – deyə dövlət başçısı deyib.

“Biz Avropadakı ən effektiv orduya malikik və nüvə cilovlaması imkanlarımız var. Bu bizi qonşularımızdan çox daha yaxşı qoruyur”, – deyə Fransa Prezidenti vurğulayıb.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930