Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH


Ermənistanın siyasi mühitində burulğanlar davam edir. Çarəsiz müxalifət 2026-cı il seçkilərinə bel bağlasa da, görünən odur ki, real nəticə əldə etmək çox çətin olacaq. Bunun bir sıra səbəbləri var. İlk olaraq, arxiyepiskop Qalstanyanın başlatdığı “mübarizə” göstərdi ki, Ermənistandakı parlament müxalifət qrupu etiraz potensialı yaratmaq imkanını itirib. Aylarla davam edən küçə aksiyaları heç bir nəticə vermədi, kütləvilik təmin edilmədi. Həmin müxalifət qrupu parlamentdə fəaliyyətini davam etdirməklə və səlahiyyətlərini verməkdən boyun qaçırmaqla küçələrə nəzarəti itirib.

Onlar üçün indi nəsə etmək üçün çox gecdir və yalnız 2026-cı ildə keçiriləcək növbəti seçkiləri gözləmək lazım gəlir. İndi başqa qüvvələr küçəyə nəzarət edirlər. Bu qüvvələr daha marjinal və radikaldırlar, itirəcək heç nələri yoxdur. Məhz onlar tədricən Paşinyan hakimiyyətinə alternativə çevrilə bilərlər. Robert Köçəryan bloku, “Daşnaksütyun” və Serj Sarkisyan-Artur Vantsyan blokunun təmsil etdiyi parlament müxalifət qrupu isə gec-tez qanunverici orqanı tərk etmək məcburiyyətində qalacaq. Ermənistanda etiraz potensialı böyük olsa da, qruplar arasında gedən mübarizələr səbəbindən müxalifət parçalanıb və xeyli zəifləyib. Belə bir şəraitdə küçələrdə təşəbbüs radikal qrupların əlinə keçir. Onların da bir qismi Paşinyanın, digərləri isə müxtəlif xarici qüvvələr tərəfindən dəstəklənir. Bu, onlar arasında şiddətli münaqişə riskini artırır.

Bu yaxınlarda isə Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Rusiya səfiri Kopırkinlə görüşü müəyyən suallar doğurub. Keçmiş prezident Rusiya səfirini şəxsi iqamətgahında qəbul edib. Tərəflərin görüşü bir saatdan artıq davam edib və söhbət zamanı Ermənistan-Rusiya münasibətləri, Ermənistanın daxili vəziyyəti, regional təhlükəsizliklə bağlı məsələlərə toxunulub. Yaxşı, bəs söhbət ümumi məsələlərə aid olubsa, niyə səfirin avtomobili bu görüşdən sonra “Respublikaçılar” partiyasının mərkəzi ofisinin qarşısında dayanıb? Görüşün 2 saat davam etdiyi, bununla bağlı partiyanın nə rəsmi saytında, nə də üzvlərinin səhifələrində məlumat yerləşdirilmədiyi də nəzərə alınsa, tərəflərin gizli və ciddi məsələni müzakirə etdiyi deyilə bilər.
Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH

Hadisələrə bir az geniş prizmadan yanaşaq: Bir müddət əvvəl baş nazir Nikol Paşinyanın eks-prezidentləri debata çağırması, Qarabağ məsələsində onları ittiham etməsi hər üç prezidentin, xüsusilə də Levon Ter-Petrosyanın məyusluğuna və təəssüfünə səbəb olmuşdu. 2018-ci ildə Nikolu dəstəkləyən və hakimiyyətə gəlməsində ona yol açanlardan biri elə məhz Levon olub. Ermənistanda da ilk dəfə olaraq “Qarabağ klanı” hakimiyyəti zəbt edib” fikrini də məhz birinci prezident səsləndirib. Eyni zamanda, 2018-ci il hadisələrindən sonra “nəhayət, kimsə Ermənistandan, yəni İcevandan hökumət başçısı oldu” bəyanatı da məhz ona məxsusdur.

Baş verən son hadisələrdən sonra Paşinyandan əməlli-başlı inciyən Ter-Petrosyanın yeni sevimlisi Serj Sarkisyan olub? Rusiya səfirin onunla görüşdən sonra məhz “Respublikaçılar” partiyasını ziyarət etməsi, orada 2 saat davam edən gizli görüş keçirməsi buna dəlalət etmirmi? Şimalın müəyyən siyasi dairələrinin təlimatlarını Levonla bölüşdükdən sonra diplomatın Serjin partiyasında nəfəs dərməyinin altında nələr var? Ola bilər ki, birinci prezidentin məsləhəti ilə Kremlin müəyyən siyasi dairələri 2026-cı il seçkilərində məhz “Respublikaçılar”ı dəstəkləyəcək. Beləliklə, Levonun bununla 2018-ci ildə Sarkisyana qarşı buraxdığı “səhvi yumağa çalışdığını” da demək olar.
Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH

Elə son dövrlər erməni müxalifətinin Bakıda ədalət məhkəməsi qarşısında cavab verən separatçı Ruben Vardanyanla bağlı manipulyasiyası da planlı bir işdən xəbər verir. Əbəs yerə deyil ki, müxalifətin bütün kəsimlərinə mənsub hər kəs artıq 2 gündür ki, işini-gücünü atıb “Vardanyanpərəst” maskası taxıb. Burada çox güman ki, Vardanyan ailəsi tərəfindən axıdılan pullar da öz sözünü deyir. İşin maraqlı tərəfi isə odur ki, çıxış edən, insanları birləşməyə çağıran, Paşinyan əleyhinə, sülh müqaviləsinin təslimçilik olması barədə fikir səsləndirənlərin əksəriyyəti elə Serjin tərəfdarlarıdır. Düzdür, “Yaşamaq üçün ölkə” partiyasından da bir sıra siyasilər aksiyaya qoşulublar.

Amma burada məqsəd başqadır. Təsadüfi deyil ki, müxalifətin təşəbbüsü ilə İrəvanda XİN və hökumət binası qarşısında etiraz aksiyaları keçirilir və insanları bura cəlb etmək, hərəkatı genişləndirmək məqsədi güdülür. Keçmiş müdafiə naziri Seyran Ohanyanın da açıqlama verərək, müxalifəti birləşməyə çağırması diqqəti cəlb edən məqamdır. Parçalanan, küçə mübarizəsində daim uduzan müxalif qüvvələr vahid lider və platforma ətrafında birləşə bilmir. Elə bu günlərdə XİN binası qarşısında keçirilən aksiyada partiyalı iştirakçıların sayı onlara qoşulan sıravi irəvanlıların sayından kifayət qədər çox olub. Bu da küçə mübarizəsində müxalifətin bir daha məğlub olduğunu göstərir.

Müxalifət etiraz aksiyaları ilə özünə tərəfdar toplamağa çalışdığı bir vaxtda baş nazir hakim partiyanın qapalı iclasını keçirib. Məlum olub ki, artıq 2026-cı il seçkilərinə hazırlıq işlərinə start verilib. Bu məqsədlə partiya üzvləri müəyyən qruplara bölünüblər. Bildirilir ki, bu işi Paşinyan özü şəxsən nizamlayıb və tapşırıb ki, seçkiöncəsi komandalara bölünərək işləmək lazımdır. Hakim “Vətəndaş sazişi”nin bir sıra üzvlərinə bölgələri gəzmək, əhali ilə görüşmək, onları razı salmaq üçün bütün yollara əl atmaq tapşırılıb. Bir qrupa isə paytaxtın müxtəlif aktiv qrupları və gənclərlə görüş təşkil etmək, onları öz sıralarına cəlb etmək təlimatı verilib. Üçüncü qrupun işi isə müsahibələr verərək, hakim partiyanın “Real Ermənistan” tezisini təbliğ etməkdir.

Hakim komandanın bəzi üzvlərinə isə Gümrü və Parakarda keçiriləcək seçkilər üçün 24 saat işləyərək səs toplamaq tapşırılıb. Ehtimal etmək olar ki, seçkiöncəsi prosesdə Nikol Paşinyan aktiv şəkildə iştirak edəcək. Gümrüdə seçkilərin nəticəsi hökumət başçısı üçün çox vacib olduğuna görə bütün resurslarını o istiqamətə cəmləyib. Səbəb isə sadədir: Gümrüdəki məğlubiyyət 2026 seçkilərində qarşılaşa bilinəcək məğlubiyyətin ilk siqnalı ola bilər. Bununla yanaşı, şəhərdə müxtəlif məişət problemlərinin inzibati resurslarla həlli, küçələrin abadlaşdırılması kimi addımlar da hökumətin reytinqini artırmayıb.
 
Rusiya səfirinin Ter-Petrosyanla müəmmalı görüşü, Nikol Paşinyanın qanuni oğrularla “əməkdaşlığı” - ŞƏRH

Yayılan məlumata görə, hər gün sorğu keçirən Paşinyan hökuməti Sarik Minasyanın qələbəsi üçün hətta kriminal dairələri də işbirliyinə cəlb edib. Bunun da səbəbi aydındır. Seçki məğlubiyyəti yaşanacağı təqdirdə kriminal avtoritetlər vasitəsilə hansısa səhnələşdirmə ortaya çıxacaq və son çarə kimi nəticələr ləğv ediləcək.

Hazırda baş nazir mütəmadi olaraq parlamentdənkənar qüvvələrlə görüşür, siyasi meydanın onun siyasətini dəstəklədiyi mesajını verir.

Bütün bu hadisələr onu deməyə əsas verir ki, parçalanmış erməni müxalifəti yenidən meydan hərəkatına rəvac vermək, küçədən gələn Nikolu elə küçə yolu ilə qovmaq üçün var qüvvəsini ortaya qoyub. Bunun üçün müxtəlif ittifaqlar qurulur, bir sıra xarici siyasi dairələrlə məsləhətləşmələr aparır. Paşinyanın isə əsas hədəfi qeyd olunduğu kimi, Gümrü seçkiləridir.

Çünki bu şəhər onun üçün çox simvolikdir. O, 2018-ci il martın 31-də öz yürüşünə məhz Gümrüdən başlayıb. Bu şəhərdən başlayan etiraz onun Serji devirməsi və hakimiyyətə yiyələnməsi ilə nəticələnib. İndi də baş nazirin inancına görə, Gümrüdə qazanılacaq qələbə onun 2026-cı ildə də hakimiyyətdə qalacağına bir işarədir. Əgər Gümrü seçkiləri məğlubiyyətə səbəb olsa, o zaman Paşinyan üçün yolun sonu görünə bilər.(Report)

Son xəbərlər

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bakıda müğənni əməliyyatdan sonra öldü

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi

QIZBƏS QƏBƏLƏ : Yurdun tarixidir İÇƏRİŞƏHƏR - FOTO

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031