Xəbərlər
1.02.2025, 21:40
Misli Premyer Liqası: Sumqayıtda qapılara qol vurulmayıb
Futbol üzrə Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edib. Matç qolsuz heç-heçə ilə yekunlaşıb.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Səbail"i sınağa çəkib. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 2-də "Zirə" - "Qarabağ" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay