KÖVRƏK DUYĞULARA BƏLƏNMİŞ ÖMÜR - FOTO

KÖVRƏK DUYĞULARA BƏLƏNMİŞ ÖMÜR

Həyatda çox insanla rastlaşıb tanış olursan. Bu tanışlıq bəzən uzun illəri əhatə etsə də, müəyyən müddət keçdikdən sonra onlardan bir çoxunu unudursan. Şəxsən mənim on il orta məktəbdə, beş il universitetdə bir yerdə oxuduğum, yaxud iki il eyni hərbi hissədə qulluq etdiyim, eləcə də neçə müddət əvvəl iş yoldaşı olduğum tanışlarımın bir çoxunun adı, soyadı, hətta görkəmi belə yaddaşımdan silinib... Elə insanlar da olur ki, onları bircə dəfə görürsən, hətta kəlmə kəsməsən belə, yaddaşa əbədi həkk olunur, ömür boyu unuda bilmirsən. Söhbətimiz belə unudulmaz insanlardan biri haqqındadır.
KÖVRƏK DUYĞULARA BƏLƏNMİŞ ÖMÜR - FOTO

...Onunla hazırda çalışdığımız kollektivə eyni vaxtda gəlmişik. İlk baxışdan elə sakitliyi, mehribanlığı, mülayimliyi ilə diqətimizi cəlb etdi. Kompüter mərkəzində işə götürüldü. Əmək qabiliyyətinə nəzər saldıqda təcrübəsiz biri olmadığını hiss etdik və tezliklə o biri qızlarımızın cərgəsinə qoşuldu. Və az müddətdə kollektivin dərin hörmətini qazandı.
Ağır təbiətli, sakit, kövrək xanımdır. İnsana yad olan mənfi xüsusiyyətlər ona da yaddır. Hər kəsə eyni sevgi bəsləməyə çalışır, çətin anlarda belə xoş hisslərə, ümidlərə qapılmağı üstün tutur. Özünü unudub ehtiyacı olana təskinlik verir. Sevdiyi peşəsinə məsuliyyətlə yanaşır. Çünki bu sənətin nə qədər önəmli olduğunu, özünün isə bu sənət içrə nə qədər kiçik olduğunu başa düşür. Bu dahiyanə anlam onu hörmətli edib, özünəməxsusluğu ilə seçilən peşəkar operator pilləsinə yüksəldib. Bu xüsusiyyətlər indiki yaşamınadək onunla yoldaşlıq edib. Bu günədək də aramızdadır. Ömrünün müəyyən hissəsini “Azərbaycan” qəzetinin hazırlanmasına həsr edib. Belə ki, qəzetdə çıxacaq materialların özünün növbətçiliyi zamanı ilk oxucusu da məhz olur. 18 ildir qəzetimizin bir-birindənm maraqlı materiallarının yazılıb-oxunması prosesində öz fəallığını əsirgəmir.
Tez-tez peşəakarlıqdan söz düşəndə o belə deyir: “Öz işimi hədsiz dərəcədə sevinirəm. Çünki mən özüm də burada çalışan insanlara, jurnalist kollektivinə sevinc bəxş edirəm. İnanın müxbir qəzetdə yazısının sevincini ilk olaraq məhz mənimlə, həmkarım Nərminə xanımla bölüşür. Bundan böyük xoşbəxtlik olarmı?”
KÖVRƏK DUYĞULARA BƏLƏNMİŞ ÖMÜR - FOTO

Bəli, Rəsmiyyə xanımın başqalarına, xüsusən bugünkü gənc nəslə örnək ola biləcək elə zəngin həyat yolu var ki, qəzetçilik tariximizi yaşadanlar arasında onun da öz yeri var, daha doğrusu, onsuz təsəvvür etmək mümkün deyil. O, gözəl insan, əsl xanımdır, burada çalışdığı müddətdə fəaliyyəti və davranışı ilə kollektivimizə daim başucalığı gətirib. Aradan illər keçsə də, R.Məmmədbağırovanın qəzetçiliyin zəiflədiyi bir dövrdə fədakarlığını, çalışqanlığını, zəhmətsevərliyini çətin ki, burada çalışanlardan kimsə unutsun, onun bu xarakterik xüsusiyyətləri daim hamımızın yaxşı xatirindədir.
Və sonda yubileyi münasibətilə ən xoş arzularımızı bildirməklə Rəsmiyyə xanıma cansağlığı, gümrah ömür diləyirik.
Bir qız balasının toyunda oynamaq arzusu ilə iş yoldaşları adından:

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031