Çin XİN: Tarif müharibəsinin qalibi olmur
Rəsmi Pekin Donald Trampın Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı açıqlamasına cavab olaraq bildirib ki, ticarət və ya tarif müharibəsinin qalibi olmur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Mao Nin məsələyə dair sualı şərh edərkən belə deyib. “Biz Çinin bu məsələ ilə bağlı mövqeyini dəfələrlə izah etmişik. Biz həmişə inanmışıq ki, ticarət və ya tarif müharibəsində qalib yoxdur”, - deyən Çin XİN rəsmisi əlavə edib ki, Çin daim öz milli maraqlarını qətiyyətlə müdafiə edir.

Mao Nin diqqət çatdırıb ki, Pekin ABŞ ilə əlaqə saxlamağa, fikir ayrılıqlarını düzgün həll etməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və Çin-ABŞ münasibətlərinin davamlı inkişafına töhfə verməyə hazırdır.

Qeyd edək ki, Prezident Donald Tramp fevralın 1-dən başlayaraq Çindən idxal edilən məhsullara 10 faizlik əlavə rüsumlar tətbiq edə biləcəyini açıqlayıb.

Trampın ilk prezidentliyi dövrü ABŞ-Çin ticarət müharibələri, qarşılıqlı olaraq məhsullara əlavə idxal rüsumların tətbiqi ilə yadda qalıb. Ümumiyyətlə, Trampın ilk prezidentliyinin sonunda ABŞ-Çin münasibətləri son onilliklərin ən aşağı səviyyəsinə enmişdi. Donald Tramp administrasiyasının bu dəfə də Çinə qarşı iqtisadi təzyiq alətlərindən istifadə edəcəyinə dair siqnallar verilib. O, hələ seçkiqabağı təşviqat kampaniyasında prezident seçiləcəyi halda, Çin istehsalı olan idxal mallarına 60 faizədək əlavə rüsumlar tətbiq edəcəyini söyləmişdi. Tramp hələ ilk prezidentliyi dövründə iki ölkə arasında ticarət dövriyyəsində Çinin xeyrinə olan böyük müsbət saldoya görə daim gileylənib. Ekspertlər hesab edir ki, tariflərin 60 faizədək artırılması Çinin iqtisadi artımını təxminən yarıbayarı azalda, qlobal tədarük zəncirlərini poza bilər.

Son xəbərlər

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031