Bakıya qar yağacaq deyildi, amma... - Nazirlikdən AÇIQLAMA
Yanvarın 10-da məşhur hava proqnozu platforması olan "Windy.com" saytına istinadla Bakıya qar yağacağı barədə proqnozlar tirajlanıb.

Həmin məlumatda yanvarın 20-dən sonrakı iki gün ərzində Bakı və ətraf ərazilərə qar yağacağı, temperaturun kəskin enəcəyi bildirilirdi. Artıq 2 gündür Bakıda günəşli, dəyişkən buludlu lakin yağıntısız hava şəraiti müşahidə olunur.
Turaztv.az Metbuat.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı Ölkə.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova deyib ki, uzunmüddətli hava poqnozları etibarlı olmur. O, hava proqnozlarının dəqiqlik ehtimalından da danışıb:

"Təəssüf ki, insanlarımız Bakıya qar yağacağı ilə məlumatın mənbəyini araşdırmadan təşvişə düşmüşdü.

Biz Milli Hidrometeorologiya Xidməti olaraq əsasən sutkalıq, 3 sutkalıq proqnozları tərtib edirik. Çünki bu məlumatların etibarlılığı daha yüksəkdir. Biz növbəti 3 gün ərzində yağış və ya qar olacağını, temperatur rejiminin necə dəyişəcəyini 90%-ə qədər ehtimalla deyə bilirik. Bu məlumatlar daha etibarlıdır, nəinki aylıq, fəsillik, daha uzunmüddətli proqnozlar.

Hava məlumatları ilə bağlı saytlar vətəndaşların qarşısına çox çıxır. Həmin saytlar özləri də qeyd edir ki, məlumatlar gündə bir neçə dəfə yenilənir, dəqiqləşmə aparılır. Düşünürəm ki, "windy.com"dakı hava məlumatının şərhi düzgün olmayıb. Çünki həmin sayt məlumatları heç vaxt bu şəkildə yayımlamır".
Bakıya qar yağacaq deyildi, amma... - Nazirlikdən AÇIQLAMA
Fotoda Gülnarə Abbasova

Qurum rəsmisi açıqlamasında yanvar və fevral ayları ilə bağlı əvvəlcədən verilən ümumi proqnozları da xatırladıb:

"Ötən ilin dekabr ayında rəsmi açıqlama vermişdik ki, respublikamızda yanvar-fevral aylarında havanın temperaturu iqlim normasına yaxın, bəzi ərazilərdə hətta az olacağı gözlənilir. Ölkəmizin iqlim xarakterisitikasına uyğun olaraq yanvar-fevral ayları qışın daha sərt keçdiyi dövrlərdir. Amma havanın bəzi günlərdə şaxtalı, qarlı keçməsi də istisna olunmurdu. Bu, artıq özünü doğruldur. Bölgələrimizdə, dağlıq, dağətəyi ərazilərimizdə gecə saatlarında -20 dərəcəyədək şaxtalı günlər qeydə alınıb.

Amma yaxın 3 gün ərzində Bakıya qar yağacağı ilə bağlı gözləntimiz yoxdur. Artıq ayın 21-dir, temperatur iqlim normasına çox yaxındır. Havanın temperaturunun enməsi gözlənilmir. Qarın yağması üçün temperatur aşağı düşməlidir ki, gözlənilən yağıntının qara keçmə ehtimalı olsun".

G.Abbasova respublikada yaxın 3 gün ərzində gözlənilən hava şəraiti ilə bağlı da məlumat verib:

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi 8-13 m/s, gündüz arabir 15-18 m/s, temperatur gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.
Yanvarın 24-də isə hava şəraiti əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Cənub-qərb küləyi 8-13 m/s, gündüz şimal-qərb küləyi 5-10 m/s, temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var.
Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi 5-10 m/s, arabir 15 m/s təşkil edəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1-6° isti olacaq.
Yanvarın 23-24-də isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 23-ü axşam tədricən kəsiləcək, 24-də əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi 5-10 m/s, 23-də bəzi şərq rayonlarında arabir 20-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq".

Son xəbərlər

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

PÜSTƏ RƏVAN : NİYƏ GÖZLƏRİMDƏN GETMİRSƏN MƏNİM - FOTO

14 dəqiqə, cəmi 3 sual - İlk brifinqi qane etmədi

Çempionlar Liqası: “Sabah” “Slaviya”nı iki cavabsız qolla məğlub edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031