Xəbərlər
21.01.2025, 23:41
ABŞ tarixinin ən yaşlı prezidenti oldu
Əvvəllər Co Baydeni yaşına görə tənqid edən, onun çaşqınlığı və dilinin sürüşməsi ilə bağlı zarafat etmək fürsətini heç vaxt qaçırmayan Donald Tramp növbəti dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb. O bununla da ölkə tarixinin ən yaşlı lideri olub.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, 20 yanvar 2025-ci ildə andiçmə mərasimi zamanı Tramp 78 yaş 7 aylıq olub. Bu isə Baydenin 2021-ci ildə vəzifəyə gəldiyi vaxtdan təxminən 6 ay böyük deməkdir. Tramp koqnitiv testlərdən keçdiyini və əla fiziki formada olduğunu iddia edərək, yaşını əngəl hesab etmir.
Amerika prezidentlərinin orta yaşı 56-dır. "Pew" Araşdırma Mərkəzinin sorğusu müəyyən edib ki, amerikalıların 49%-i prezident üçün optimal yaş həddi 50, respondentlərin isə yalnız 3%-i dövlət başçısı üçün uyğun yaşın 70 və daha yuxarı olduğuna inanır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay