Xəbərlər
16.01.2025, 00:52
ŞƏHLA XƏLİLQIZI : ANA QUCAĞI - FOTO
ANA QUCAĞI.
Dünyanın ən şirin laylası özü,
Gecələr qırpmayar övladçün gözü,
Danışsam tükənməz söhbəti, sözü,
Zirvələr içində ən uca dağı,
Cənnətin özüdür ana qucağı.
Bir kərə çor deməz dili də bal tək,
Varmı onun kimi dünyada ürək,
Mələk sandı onu o, uca fələk,
Övladla keçəcək ömrün xoş çağı,
Cənnətin özüdür ana qucağı.
Nazından doymayır övladın sevər,
Canını övladçün hədiyyə verər,
Baxıb övladına fərəhlə öyər,
Ondan əsirgəməz nəvaziş, qayğı,
Cənnətin özüdür ana qucağı.
Anamı itirdim soyudu qucaq,
Artıq isinməyir o, isti bucaq,
Varmı elə qüvvə biz ona qaçaq,
Dərdiyim nəfəsim,gözümün ağı,
Cənnəti özüdür ana qucağı.
Şəhlayam anamı ocağım sandım,
Analıq nədirsə övladda qandım,
Şərəflə atıram atanda addım,
Mələklər qoxlayan cənnətin bağı,
Cənnətin özüdür ana qucağı.
Gecələr qırpmayar övladçün gözü,
Danışsam tükənməz söhbəti, sözü,
Zirvələr içində ən uca dağı,
Cənnətin özüdür ana qucağı.
Bir kərə çor deməz dili də bal tək,
Varmı onun kimi dünyada ürək,
Mələk sandı onu o, uca fələk,
Övladla keçəcək ömrün xoş çağı,
Cənnətin özüdür ana qucağı.
Nazından doymayır övladın sevər,
Canını övladçün hədiyyə verər,
Baxıb övladına fərəhlə öyər,
Ondan əsirgəməz nəvaziş, qayğı,
Cənnətin özüdür ana qucağı.
Anamı itirdim soyudu qucaq,
Artıq isinməyir o, isti bucaq,
Varmı elə qüvvə biz ona qaçaq,
Dərdiyim nəfəsim,gözümün ağı,
Cənnəti özüdür ana qucağı.
Şəhlayam anamı ocağım sandım,
Analıq nədirsə övladda qandım,
Şərəflə atıram atanda addım,
Mələklər qoxlayan cənnətin bağı,
Cənnətin özüdür ana qucağı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













