PÜSTƏ RƏVAN: HƏQİQƏT QAPISI - FOTO
HƏQİQƏT QAPISI

Açaq qapısını islamiyyətin,
Anlayaq mənasın tək həqiqətin.

O, məna qurtuluş oddan, alovdan,
O, məna Allahdı, Böyük Yaradan.

Odur bəxş eyləyən bizə səadəti,
Anlamaz kafirlər bu həqiqəti.

Çünki həm "kardılar", həm də "kordular",
Qəlbləri möhürlü, həmdə "laldılar".

Uyublar şeytanın vəsvəsəsinə,
Olubdur hər biri qul öz nəfsinə.

Sonralar cəhənnəm, əziyyət, cəfa,
Geriyə dönməzlər onlar bir daha.

Cəhənnəm odunda hey yanacaqlar,
Onda həqiqəti anlayacaqlar.

Sonrakı peşmanlıq bir fayda verməz
Cəhənnəmin odu, alovu sönməz!

Cəhənnəm deyilən o yer çox ağır,
Hər yerdən üstünə əziyyət yağır.

Saysız əzablar var, bil, cəhənnəmdə
Yetişməz bir yerə ahu nələrdə!

Cəhənnəm nə şaha, nə xana baxmaz,
Namazı olmayan, bil ordan çıxmaz.

Bir kərə ömründə namaz qılanlar,
Nə vaxtsa o oddan azad olarlar.

Amma ki, bir günü min ilə bənzər,
Həzər cəhənnəmdən, insanlar həzər

Qurtar, gəl canını sən bu bəladan,
Əl çək pis əməldən, yapış Xudadan!

Tanı Allahını, səadət onda,
Gəzərsən əbədi cənnət bağında!

Cənnət bir yerdi ki, təsvirə gəlməz,
Onun gözəlliyin insan deyənməz!

Dünyada gördüyün hər bir laləzar,
Cənnətin yanında bir misal olar.

Hər şeyin ən pakı, gözəli orda,
Axır şəffaf suyu gözəl çaylarda.

Orda olmayacaq qəm, qüssə, kədər,
Qəlbi riya olan pis fikirlilər.

Bəzəyir cənnəti güllər, çiçəklər,
Bir-birindən gözəl olan hurilər!

Cənnət ilahinin qüdrət əsəri,
Müqayisə olmaz cənnətin ətri.

Bu ətir gözəldi hər bir ətirdən,
Gəlir beş əsrlik bir məsafədən.

Ətri məst edəcək hər bir insanı,
Cənnət bizlər üçün Allah ehsanı!

O yer möminlərçin bir ehsandı bil,
Yazdıqca tərifi tükənən deyil!

Cənnət Yaradanın bizə rəhməti,
Xoşbəxtdir anlayan bu mərhəməti.

Allahın lütfünün sonu görünməz,
Onun mərhəməti hesaba gəlməz.

Rəhm edib, göndərib bizə Quranı,
Müqəddəs kitabı, o haqq kəlamı.


PÜSTƏ RƏVAN
24.09.2023

PÜSTƏ RƏVAN: HƏQİQƏT QAPISI - FOTO

Son xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Onlar da Türkiyəni tərk edir

Ancelina Coli tarixi malikanəsini satdı

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

Bəzi uşaqlar niyə riyaziyyat dərsində uğursuz olur? Elmin cavabı

Türkiyədə yanlışlıq: Pasiyentin sağ qulağı əvəzinə sol qulağı əməliyyat edildi

SAFER-AZ layihəsi başlanılıb - FOTOLAR

Azərbaycan nefti ucuzlaşıb

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930