Azərbaycanda iqtisadi model DƏYİŞİKLİYİ: - “Dollar hegemonluğuna söykənən iqtisadi dövr bitir”
“Gözlənilən proseslər daxili bazarımızın məhz yeri məhsullarla təmin olunmasına istiqamətlənmiş bir siyasət olmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyasının, o cümlədən, digər proseslərin qlobal və milli iqtisadiyyatlara müşahidə olunan təsirinin mümkün nəticələrini dəyərləndirən İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Elşad Məmmədovun fikrincə, bu gedişat qlobal dünya iqtisadiyyatına və dollar hegemonluğuna söykənən iqtisadi dövrün artıq başa çatdığını göstərir:

“Hazırda koronavirus pandmeiyası ilə yanaşı, dünya bazarında neftin kəskn ucuzlaşması və bütövlükdə dünya iqtisadiyyatının böhran dövrünə keçməsi müşahidə olunur.

Bütün ölkələrin iqtisadiyyatı bu vəziyyətin mənfi təsirlərini ciddi şəkildə hiss edəcək. Bu nöqteyi-nəzərdən, bütün dünya ölkələri makroiqtisadi idarəetmə siyasətində ciddi dəyişikliklər etməyə məcbur olacaqlar.

İşüzar fəallığın kəskin şəkildə aşağı düşdüyünü nəzərə alsaq, dünya iqtisadiyyatının əvvəlki şərtlərlə idarə olunması mümkünsüz görünür”.

Elşad Məmmədova görə, mövcud proseslər ölkə iqtisadiyyatından təsirsiz ötüşməyəcək və bu baxımdan, Azərbaycanın da iqtisadi modelində dəyişikliklər baş verəcək:

“Azərbaycan iqtisadiyyatında idarəetmə modelinin kəskin şəkildə dəyişəcəyi gözləniləndir. Artıq bununla bağlı müəyyən işarələr var. Ölkədə tikinti kooperasiyası, investisiya holdinqinin dövlət tərəfindən yaradılması nəzərdə tutulur. Eyni zamanda dövlətin iqtisadiyyatda iştirakının kəskin şəkildə güclənməsi dünyada baş verən trendlərlə uyğunluq təşkil edir.

İqtisadi idarəetmədə edilən dəyişikliklər kredit siyasəti, bank sektoru, büdcə vergisi siyasəti, xüsusilə də, daxili investisiyaların iqtisadiyyata axınının təmin olunmasında öz əksini tapmalıdır.

Həmçinin xarici iqtisadi siyasətdə də ciddi dəyişikliklər baş verəcək. Bu proseslər həm regional iqtisadi inteqrasiya, həm də daxili bazarımızın məhz yeri məhsullarla təmin olunmasına istiqamətlənmiş bir siyasət olmalıdır. Yəni idxaldan asılılığı maksimum şəkildə azaltmalıyıq.

Ölkə iqtisadiyyatında dayanıqlığın təmin edilməsi baxımından məhz yerli istehsalın formalaşması zəruridir. Mürəkkəb iqtisadi şəraitdə milli iqtisadiyyatın dayanıqlığını qorumaq üçün iqtisadi idarəetmədə yeni yanaşmalara ehtiyac var”.

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31