Xəbərlər
14.01.2025, 19:50
Rusiyada internetdə problem yarandı - Yenilənib
Rusiya internet provayderlərinin işində nasazlıq yaranıb.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, əsasən Moskvada müxtəlif xidmət provayderlərinə qoşulan istifadəçilər internetə çıxışda problemlərdən şikayətlənirlər.
Bununla yanaşı digər vilayətlərdən olan rusiyalı istifadəçilər də bildirirlər ki, “Google”, “Liveinternet, “Wikipedia” və digər saytlardan istifadə edə bilmirlər.
Məlumata görə, teleqram sosial şəbəkəsi istisna olmaqla, bütün bank proqramları, həmçinin “Outlook e-poçt” xidməti işləmir.
Problemin nə vaxt həll olunacağı hələlik açıqlanmayıb.
***
“Roskomnadzor” məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, internet əlaqəsinin qısamüddətli kəsilməsi problemə yol açıb. Bunun ardınca nasazlıq aşkar edilərək əlaqə yenidən bərpa edilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay