BİZƏ  QÜRUR  YAŞADAN ŞƏHİDLƏRİMİZDƏN  BİRİ - MURAD TƏVƏKGÜL  oğlu  ARZULLAYEV...  - FOTOLAR

Hər dəfə, sosial şəbəkə üzərində şəhid paylaşımların görəndə, özümdən asılı olmayan səbəbdən bir anlıq duruxub, onların doğum tarixinə baxıram. Ani olaraq yadıma zəfər tariximiz ərəfəsində, hər gün bizə qürur yaşadan ordumuzun əsgərlərinin şəhid olmasını eşidib, böyük ağrı ilə yazdığım şeirlərimdən bu misra yadıma düşür.
Mən kimi qınayım, kimi qarğıyım,
Köçdü cavan yaşda çoxu dünyadan.
Doyunca yaşayıb, ömür sürmədi,
Görən nə kam aldı, axı dünyadan?

Uşaqlıqları, soydaşlarımızın qaçqın, köçkün dövrünə düşmüş, doxsanıncı ilin ağrılarını körpə gözləri ilə görmüş, ağıllarına həkk etmiş bu balaların, mənfur, nadan qonşularımız olmuş ermənilərin 200 illik sərsəm ideologiyasının acılarını yaşayan xalqımızı bu bəlalardan qurtaran bu oğullar, öz cavan yaşlarında belə canlarına qıydı. Biz rahat yaşayaq, utanmayaq, qürurlu olaq, deyə.
BİZƏ  QÜRUR  YAŞADAN ŞƏHİDLƏRİMİZDƏN  BİRİ - MURAD TƏVƏKGÜL  oğlu  ARZULLAYEV...  - FOTOLAR

O illərin acısını yaşayanda bir başqa şeirimdə isə ağrılarımı, acılarımı bu cür qələmə alıb, özümə təsəlli vermişdim.
Ağrımışam, od götürüb yanmışam,
Körpə - körpə, sütül-sütül ərənlər.
Quranda da yazılıbdı bunu bil,
ŞƏHİD olur, Vətən üçün ölənlər...

Bəli, ən müqəddəs, ən ülvi hiss- şəhidlik məqamı.
Bu gün, bu şərəfli tarixi bizə yaşadan, 19 sentyabr 2023-cü ildə, terrorçu erməni qalıqların torpaqlarımızdan qovmaq üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin keçirdiyi uğurlu lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksələn şəhid balamız Arzullayev Murad Təvəkgül oğlu haqqında düşüncələrimi yazacam. Şəhid Murad Təvəkgül oğlu Arzullayev 21 fevral 1998-ci ildə Bakı şəhərində anadan olub.
BİZƏ  QÜRUR  YAŞADAN ŞƏHİDLƏRİMİZDƏN  BİRİ - MURAD TƏVƏKGÜL  oğlu  ARZULLAYEV...  - FOTOLAR

O da, bir çox yaşıdları kimi fərəh içində, ata-anasının onun üçün xəyal edib qurduğu böyük arzuları içində, heç nədən xəbərsiz uşaqlıq dövrünü yaşayıb. Xırdalan şəhərində 3 saylı məktəbinə gedib. Təhsilini başa vuran kimi həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri olan Arzullayev Murad xidmət etdiyi dövürdə şəxsi heyət qarşısına qoyulan bütün tapşırıqları layiqincə, yüksək səviyyədə yerinə yetirib. Məsuliyyət və Silahlı Qüvvələrmizə böyük sevgisinin sayasində xidmət etdiyi bütün yoldaşları arasında xüsusi hörmətə və ehtirama laiq olub. Ona görə də həmişə xidmətdə rəhbərliyin təşəkkür və tərifnamələrinə laiq görülüb. Şəhidlik zirvəsinə yüksələn dən sonra onun nəşi Bakı şəhərində 2-ci Fəxri Xiyabanında uğrunda şəhid getdiyi Vətən torpağına tapşırılıb.
BİZƏ  QÜRUR  YAŞADAN ŞƏHİDLƏRİMİZDƏN  BİRİ - MURAD TƏVƏKGÜL  oğlu  ARZULLAYEV...  - FOTOLAR

Dövlətimiz tərəfindən xidmətləri yüksək qiymətləndirilib. O, ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Bəli, hər bir övlad kimi heç zaman anasının göz yaşına qıymayan bir şəhidimiz, Arzullayev Murad Təvəkgül oğlu da,
Ağlar qoydu, parçaladı ürəyin
Anasının göz yaşına qıymayan.
Sığalına möhtac qoydu, gör necə,
Balasını oxşamaqdan doymayan...

Çox heyif, Murad bir çox şəhidlərimiz kimi subay idi. Ondan yadigar, atası Təvəkgül kişiyə, anası Laura Ramiz qızına onun şəkilləri, gülüşü, baxışı, xoş xatırlanacaq xatirələri qaldı...
Kimin oğlu qaldı, kimində qızı,
Kimidə nişanlı getdi davaya.
Baxışı, şəkili, adi kağızı,
Oğul yadigarı oldu anaya.

Şəhid balamız Murad Arzullayev bir tale qisməti ilə bizə qürur verdi. Doğmalarını, əzizlərini xatirələri ilə qovrula-qovrula qoyub getdi...
BİZƏ  QÜRUR  YAŞADAN ŞƏHİDLƏRİMİZDƏN  BİRİ - MURAD TƏVƏKGÜL  oğlu  ARZULLAYEV...  - FOTOLAR

Ruhu şad olsun, Allahın rəhməti üzərində olsun Murad...
Şəhidimiz qarşısında səcdə qılıb, onu yad edib, bu kiçik yazı ilə ehtiramımı bildirirəm.
Allah rəhmət etsin bütün şəhidlərimizə...
BİZƏ  QÜRUR  YAŞADAN ŞƏHİDLƏRİMİZDƏN  BİRİ - MURAD TƏVƏKGÜL  oğlu  ARZULLAYEV...  - FOTOLAR

Ehtiramla,
Elxas Comərd,

AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

30 ildən 44 günə... - Fotolar

Yapon uzun ömürlülərinin sayı 100 min nəfəri keçib - sirri nədir?

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031