Həmin faciədən 7 ay əvvəl də yanğın olub - Gizlədibmişlər


Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb.

Bu iş üzrə - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir. Onlar üçü də azadlıqdadır.

Hakim Leyla Əsgərova - Məmmədova ittihamın elanından əvvəl iş üzrə iki zərərçəkmiş tərəfindən daxil olmuş müraciəti elan edib. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş qismində iştirakdan imtina etmək istədiklərini deyiblər. Onlar bildiriblər ki, yanğında yüngül xəsarət alsalar da, burada Mərkəzin direktoru və digər müttəhimlərin günahı yoxdur.

Prokuror Orxan Səmədov isə zərərçəkmişlərin müraciətlərinin qəbulolunmaz hesab edib:

“Bu adamlar ibtidai istintaq zamanı ifadə verib, hadisədən zərər çəkdiklərini etiraf ediblər. İndi də çıxıb “yox, zərər çəkməmişik” deməkləri başadüşülən deyil. Konkret olaraq deyə bilərəm ki, onların zərərçəkmiş statusuna xitam verilməsi qanunsuz olar”, - prokuror əlavə edib.

İttiham tərəfinin qəti mövqeyi Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayevi qıcıqlandırıb.

Vəkil Cinayət Məcəlləsinə istinad edərək ittihamçının düzgün mövqedə olmadığını bildirib: “Adam deyir ki, mən zərər çəkməmişəm. Zorla tutub zərərçəkmiş edəcəksiz. Cinayət Məcəlləsində də statusdan imtina edə biləcəkləri yazılıb. Novelladır bu?”, - vəkil deyib.

Məhkəmə yerində müşavirə edərək müraciətlərin təmin edilmədiyini bəyan edib. Hakim qeyd edib ki, cinayət işi araşdırılmadan bu məsələyə münasibət bildirmək düzgün deyil.

Mehriban Abasquliyeva iclasdan əvvəl məhkəməyə Mərkəzdə baş verən yanğının videosunu və şəkillər təqdim edib. Həmin kadrlarda yanğının necə başladığı və personalın hərəkəti görünür.

M. Abasquliyevanın vəkili iddia edir ki, yanğının baş verməsində personalın da günahı var. Amma prokurorluqda buna baxılmayıb.

Vəsatət işə əlavə edilib.

Prosesin davamında ittiham aktı elan olunub.

İttihamda deyilir ki, Mehriban Abasquliyeva özünü yuxarı rəhbərliyin gözündə qaldırmaq üçün qulluq mənafeyindən sui-istifadə edib.

Mərkəzdəki qanunsuzluqlar özünü bir neçə formada göstərir. İstintaq materiallarında yazır ki, növbə üzrə tibb bacılarının sayı 10-20 nəfər olduğu halda, cəmi 2 nəfər işləyib. Bundan başqa, reanimasiya masası 20-40 aralığında olmalı olduğu halda, cəmi 10-22 olub. Bu isə tibb cihazlarının xəstə sayından xeyli az olmasına gətirib çıxarıb.

Ən əsası yenidoğulmuşlar üçün palatada nəzərdə tutulandan artıq körpə saxlanılıb. Pasiyent qəbulunun iki dəfədən artıq olması da səhiyyə sisteminə məhəl qoymamaq kimi qiymətləndirilib.

Araşdırma nəticəsində məlub olub ki, dəhşətli yanğından cəmi 7 ay əvvəl Perinetal Mərkəzin xəstələrin saxlanıldığı doğum şöbəsinin sanitar qovşağında yanğın baş verib.

Amma həmin vaxt üzərinə yanğın təhlükəsizliyi vəzifəsi qoyulduğu halda buna məhəl qoyulmayıb. Yanğının üstü ört-basdır edilib, nəzarətedici qurumlara məlumat verilməyib.

Bununla da, gələcəkdə baş verəcək anoloji hadisələrin qarşısı alınmayıb, bir neçə ay sonra 7 körpənin ölümü ilə nəticələnən faciə baş verib.

Yanğın nəticəsində Mərkəzin 177 min manatlıq avadanlığına ziyan dəyib.

Bu əməllərinə görə müttəhimlər ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətlərini törədiblər.

Mehriban Abasquliyeva və digər iki təqsirləndirilən ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.

Proses yanvarın 13-də davam edəcək.(Qafqazinfo)

Son xəbərlər

Süni intellektlə ölən müğənnini “diriltmək” qanunidirmi? - CƏZALAR

Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Единая школьная форма: равенство, свобода и ответственность

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Söz mülkünün sultanı Söz Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Buna sahiblənmək isə var-dövlət, səadətdir.

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031