Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Rusiyanın sponsorluq etdiyi təşkilatlarla münasibətini qətiləşdirmədən Ermənistan Avropa İttifaqının (Aİ) qapısını döymək istəyir.

Dekabrın 10-da “Ermənistan Respublikasının Avropa İttifaqında üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin dəstəklənməsi üçün toplanan 52 min 351 imza Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. MSK imzaları təsdiqləyib.

Ermənistanın "Referendum haqqında" konstitusiya qanununa əsasən, təşəbbüs qrupunun qanun layihəsini parlamentə təqdim etməsi üçün ən azı 50 min etibarlı imza tələb olunur.

Bir müddət əvvəl 51 vətəndaş bəhs etdiyimiz qanun layihəsini dəstəkləmək üçün təşəbbüs qrupu yaratmış MSK-ya müraciət edib. Bu il sentyabrın 11-də Komissiya bu vətəndaş təşəbbüsünü təsdiqləyib.

Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, qanunvericilik təşəbbüsü parlamentə çıxarılsa, rəhbərlik etdiyi siyasi çoxluğun referendumun keçirilməsinin əleyhinə səs verməsi məntiqsiz olardı.
Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Onun sözlərinə görə, Avropa İttifaqı bu prosesi mümkün sayır.

Ermənistan müxalifəti isə dəfələrlə bəyan edib ki, bu təşəbbüs yalnız daxili siyasi məqsədlər güdür və referendumun keçirilməsi heç bir halda Ermənistanı Aİ-yə yaxınlaşdırmayacaq.

Bu siyasi kampaniya Ermənistan konstitusiyasında da dəyişiklik edilməsinə şərait yaradır. Çünki referendumun nəticəsi müsbət olarsa, o halda bu məsələ ölkənin əsas qanununda təsbit olunmalıdır.

Bu siyasi kampaniya Ermənistan konstitusiyasında da dəyişiklik edilməsinə şərait yaradır. Çünki referendumun nəticəsi müsbət olarsa, o halda bu məsələ ölkənin əsas qanunda təsbit olunmalıdır.

Bu ilin avqustunda ölkənin ovaxtkı ədliyyə naziri Qriqor Minasyan 2027-ci ildə konstitusiyaya dair referendum keçirilməsini planlaşdırdıqlarını bildirmişdi: “Bizə konstitusiyaya dəyişiklik etmək deyil, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik”.

Ondan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etmişdi.
Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Referendumda Aİ-yə üzvlük prosesin başlamasının lehinə səs verilməsi İrəvanla Moskva arasında gərginliyi artıra bilər. Ermənistanın Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərə aydınlıq gətirməsi zərurəti yaranacaq.

Yarana biləcək gərginliyi aradan qaldırmaq üçün Rusiyanın şərtlərinin təmin olunmasının da nəzərə alınması vacib hesab olunur. Çünki Ukrayna və Gürcüstan Avropa İttifaqına, NATO-ya inteqrasiya istəyi bu ölkələr üçün mövcud vəziyyəti yaradıb.

Oxşar hadisələrlə üzləşməməsi üçün Ermənistan Moskvanın xeyir-duasını almalı olacaq.

Qeyd edək ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələri hələ də üzməyə nail olmayıb. O, bu istiqamətdə siyasi-diplomatik manevrlərə üstünlük verməklə vaxt udmağa yeni şəraitin yaranacağını gözləmək istəyir.

Aİ-yə üzvlük prosesinin başlaması prosesinə dair referendum Ermənistanda konstitusiya islahatını da gündəliyə gətirə, onu tezləşdirə bilər.

Ölkə müstəqil olandan sonra konstitusiya üzrə ilk referendum 1995-ci il iyulun 5-də keçirilib. Onda müxalifət səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirmişdi. O zaman Levon Ter-Petrosyan Ermənistanın prezidenti idi, sonralar dövlət başçısı olmuş Robert Koçaryan və Serj Sarqsyan isə müxalifət sayılırdı.

Bu əsas qanun 10 il fəaliyyət göstərib. 2005-ci il noyabrın 27-də ona dəyişikliklərlə bağlı referendum keçirilib. Onda Robert Koçaryan prezident idi. Müxalifət bu siyasi kampaniyada da kəskin qanun pozuntularının olduğunu bildirmişdi. Onlar bunu “referendum-kabus” adlandırmışdı.
Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Ermənistanda sonuncu konstitusiya referendumu 2015-ci il dekabrın 6-da reallaşıb. Konstitusiyaya təklif olunan düzəlişlərə əsasən, ölkədə idarəetmə yarı-prezident sistemdən parlamentli respublikaya (parlament idarəetmə formasına) keçib.

Baş nazir Nikol Paşinyan dörd il əvvəl - 2020-ci il aprelin 5-də konstitusiyada dəyişikliyə dair referendum keçirməyi planlaşdırmışdı. Ancaq bu kampaniya onda baş tutmadı.

N.Paşinyan referendumda məğlub olacağından ehtiyatlanaraq pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb, məsələni parlamentdə həll etməyə üstünlük vermişdi.

Bir müddət əvvəl hökumət bildirib ki, Konstitusiya Məhkəməsi ilə bağlı yaranmış vəziyyətə dair qərar pandemiya başa çatanadək, referendum yolu ilə deyil, parlamentdə qəbul ediləcək.

Təşəbbüs qrupunun imzaları parlamentdə təsdiqləndikdən sonra məsələ referenduma çıxarılacaq. Ermənistan prezidenti referendumun keçirilməsi haqqında fərmanının rəsmi dərcindən 45 gündən tez, 60 gündən gec olmayaraq keçirilməlidir.

Bu baxımdan, 2025-ci ilin fevralında Aİ ilə bağlı referendum keçirilə bilər. Ancaq baş nazir beş il əvvəlki kimi bu dəfə də bir bəhanə ilə referendumdan yayınaraq məsələni parlamentdə həll edə bilər.
Ermənistanın yeni avantürası: Aİ-yə üzvlük prosesinə başlanılması - ŞƏRH

Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmadan, xüsusilə iki ölkə arasında sərhədlər müəyyənləşmədən onun Aİ-yə yolu arzu olaraq qalar. Çünki İttifaq onu bu halda üzv qəbul edə bilməz.

Bundan başqa, Ermənistanın mövcud konstitusiyası təcavüzkardır. Orada Türkiyə və Azərbaycana ərazi iddiaları, saxtakarlıqlar təsbit edilib. Bu konstitusiya ilə Ermənistanın quruma qəbulu gələcəkdə Avropa İttifaqı ilə ziddiyyətlər yarada bilər. Başqa sözlə, Aİ Ermənistanla birlikdə təcavüzkar əsas qanunun müdafiəçisi olar.

Ona görə də İrəvanın Aİ-yə üzvlüklə bağlı prosesə başlamazdan əvvəl mövcud konstitusiyanın dəyişməsi ilə bağlı referendum keçirməsi daha məntiqli sayılır. Əks halda, Ermənistan əsas qanuna görə Türkiyə və Azərbaycanla yaranan gərginliyə Brüsseli də şərik edə bilər. Ona görə Paşinyanın bu cəhdi Ermənistanla Azərbaycan arasında şərti sərhədə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşdirilməsi kimi yeni avantüraya oxşayır.(Report)

Son xəbərlər

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031