Nazir: "Azərbaycan “yaşıl iqtisadiyyat” yolunda irəlilədikcə BƏƏ ilə əlaqələr daha da inkişaf edəcək"
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi əməkdaşlığın, xüsusən qarşılıqlı hədəflərə mühüm töhfə verə biləcək davamlı inkişaf və enerji təhlükəsizliyi sahələrində işbirliyini daha da genişləndirmək üçün böyük potensial mövcuddur.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

“Ticarət əlaqələrimiz və sərmayələr sahəsində əməkdaşlığımız davamlı olaraq inkişaf edir. Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət veririk, məqsədimiz birgə fəaliyyətimizi daha da şaxələndirməkdir.

Sevindirici haldır ki, bu gün ölkələrimizin ən böyük şirkətləri olan ADNOC və SOCAR arasında əməkdaşlıq davam edir, güclənir. ADNOC ölkəmizin ən perspektivli layihələrindən olan “Abşeron” qaz yatağı layihəsinə, SOCAR isə BƏƏ-nin SARB və “UMM Lulu” neft və qaz yataqlarının işlənməsində tərəfdaşdırlar”, - nazir bildirib.

M. Cabbarov vurğulayıb ki, Azərbaycan “yaşıl” və dayanıqlı iqtisadiyyata keçidə tam sadiq ölkədir: “İqlim məqsədlərimiz ambisiyalı, lakin reallaşdırıla biləndir. Belə ki, 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarını 40 % azaltmağı hədəfləyirik. Bu məqsədlə bərpa olunan enerji, enerji səmərəliliyi və dayanıqlı resursların idarə edilməsi sahələrində genişmiqyaslı təşəbbüslər həyata keçiririk və beynəlxalq iqlim dəyişiklikləri çərçivələri ilə uyğunluğumuzu təmin edirik”.

Nazir xatırladıb ki, 2023-cü ildə Dubayda keçirilən COP28-dən sonra, bu il COP29-u Azərbaycanda keçirilməsi, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün ölkənin göstərdiyi səyləri bir daha nümayiş etdirir.

O əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın “yaşıl enerji”yə keçid prosesində mühüm tərəfdaşıdır: “BƏƏ-nin “Masdar” şirkəti bu prosesdə həlledici rol oynayır. Ötən il “Masdar” tərəfindən açılışı edilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası bərpa olunan enerji sahəsində uğurlu əməkdaşlığın əyani nümunəsidir. Azərbaycanda xarici sərmayə ilə tikilən ilk bərpaolunan enerji stansiyası həm də regionda ən böyük günəş elektrik stansiyasıdır.

Əminəm ki, Azərbaycan “yaşıl iqtisadiyyat” yolunda irəlilədikcə, Əmirliklərlə əməkdaşlığımız qarşılıqlı etimad, ortaq baxış və güclü iqtisadi əlaqələr hesabına davamlı uğurun təmin edilməsi üçün daha da inkişaf edəcəkdir”.

M. Cabbarov həmçinin bildirib ki, Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açıb: “Azərbaycan hökuməti bu əraziləri bərpa edərək, regionu sülh və əməkdaşlıq mərkəzinə çevirməyi hədəfləyir. Ətraf mühitin qorunması bərpa və yenidənqurma işlərində əsas prioritet olaraq qalır”.

Son xəbərlər

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031