"Bankların "kartdan karta" məlumatını vergi orqanına ötürməsi qanunsuzdur" - Hüquqşünas
Son zamanlar vergi orqanı sahibkarları “kartdan karta” əməliyyatlarına görə kütləvi cərimələyir. Məsələnin qısaca mahiyyəti budur ki, istehlakçı malın və ya xidmətin haqqını öz kartından sahibkarın qeyri-sahibkar kartına köçürür və təbii ki, bu halda kassa çeki vurulmur, nəticədə də sahibkar vergidən yayınır. Yəni burada pozuntunun mahiyyəti sırf “kartdan karta” deyil, çekin vurulmamasıdır.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bunu bunu sosial şəbəkədə hüquqşünas Əkrəm Həsənov yazıb.

O bildirib ki, məlumatı vergi orqanına banklar ötürür ki, bu da qanunsuz hərəkətdir.

"Müştərilərinin bank sirri rejimini kobud şəkildə pozaraq, satqınçılıq edərək. Xatırladıram ki, vergi orqanı yalnız sahibkar bank hesabları barədə məlumatı banklardan məhdudiyyətsiz əldə edə bilər. Qeyri-sahibkar hesabları, o cümlədən vətəndaşların kart hesabları barədə məlumatı isə vergi orqanı yalnız məhkəmə yolu ilə əldə edə bilər, amma bunun üçün də gərək əsas olsun və buna xeyli zaman və səy sərf etmək lazımdır. Buna görə də vergi orqanı bu məlumatı banklardan birbaşa alır, bununla da sahibkara vergi, cərimə və s. hesablayır. Savadlı sahbikar təbii ki, bundan qorxmur və vergi orqanını məhkəməyə verib onu uda bilər (üstəlik bank sirrini pozmuş bankı da məhkəməyə verib təzminat ala bilər). Çünki vəsaitin karta daxil olması hələ o demək deyil ki, köçürmənin təyinatı sahibkarlıqdır. Axı pulu kartımıza qohum, dost, tanışlar, bizə borc verən, yaxud borc qaytaranlar da edə bilər. Bunun əksini sübut etmək vergi orqanının vəzifəsdir. Təbii ki, hətta reallıqda “kartdan karta” malın və ya xidmətin ödənişi olubsa belə, amma istehlakçı şikayətçi deyilsə, vergi orqanı bunun əksini sübut edə bilməyəcək. Heç buna imkanı və vaxtı da yoxdur", - deyə hüquqşünas bildirib.

Onun sözlərinə görə, bu cür qanunsuz halların baş verməsində sahibkarların öz hüquqlarını bilməməsi də az rol oynamır.

"Sahibkarların əksəriyyəti savadsız və qorxaq olduqları üçün dərhal əllərini yuxarı qaldırıb vergi orqanının tələbini yerinə yetirərək cəriməni ödəyirlər. Hətta pozuntu olmayan hallar üzrə (məsələn, hətta əgər köçürmənin təyinatı sahibkarlıq olmayıbsa: qohum-tanışdan pul gəlibsə). Bu, vergi orqanının müvəqqəti uğurudur. Çünki bundan sonra sahibkarlar sadəcə “kartdan karta” əməliyyatlarını etməyəcək və ya azaldacaqlar. Vergidən yayınmaq istədikdə isə ödənişi nağd şəkildə qəbul edəcəklər.

Digər tərəfdən, savadlı və tədbirli sahibkarlar vergi və bankların bu özbaşınalığına qanuni yolla da müqavimət göstərəcəklər. Qeyd etdiyim kimi, banklar bank sirrini pozduğuna görə sahibkara təzminat ödəməlidir. Vergi orqanı isə “kartdan karta”nın yayınma əməliyyatı olduğunu sübut etməlidir. Bunu etmək isə çox çətindir. Uzaqbaşı bir neçə əməliyyat üzrə sübut edə biləcək, buna görə də sahibkardan qəpik-quruş tuta biləcək. Amma xeyli vaxt sərf etmiş olacaq",- deyə Ə.Həsənov qeyd edib.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930