MDB İcraiyyə Komitəsi: Uğurlu COP29 Azərbaycanı iqlim siyasətində lider mövqeyinə çıxarıb
Təbiətin və biomüxtəlifliyin qorunması dövrümüzün ən mühüm vəzifələrindən biridir, çünki onlar ekoloji tarazlığın qorunmasında, habelə bəşəriyyəti qida, su və hava kimi zəruri resurslarla təmin edən ekosistemlərin sabitliyinin təmin edilməsində əsas rol oynayır.

AZƏRTAC MDB İcraiyyə Komitəsinin İnformasiya-analitik şöbəsinə istinadla xəbər verir ki, insan fəaliyyətinin mənfi nəticələri səbəbindən təbiət indi təhlükə altındadır. Ciddi problem əhalinin sağlamlığına və ətraf mühitə mənfi təsir göstərən hava və suyun çirklənmə səviyyəsinin artmasıdır. Son illərdə bitki örtüyü yanğınlarından yaranan emissiyalar və meşələr tərəfindən karbon sekvestrinin azalması, qazıntı yanacaqlarından yüksək emissiyalar ilə birlikdə istixana qazlarının konsentrasiyalarının artmasına səbəb olub. Beləliklə, 2023-cü ilə qədər karbon qazı, metan və azot oksidinin yer səviyyəsində qlobal orta konsentrasiyaları sənayedən əvvəlki səviyyələrlə müqayisədə müvafiq olaraq 151 faiz, 265 faiz və 125 faiz artıb.

Planet qida təhlükəsizliyi və biomüxtəlifliyə təhlükə yaradan mənfi tendensiya nəticəsində sağlam şirin su obyektlərindən və ehtiyatlarından məhrum olur. Şirin su ekosistemlərinin deqradasiyasına ətraf mühitin çirklənməsi, quraqlıq, suyun israfçılığı, iqlim dəyişikliyi və bir sıra digər amillər səbəb olur. Onların təsiri altında dünyanın 402 hövzəsində çay axını azalıb ki, bu da 2000-ci ildəkindən 5 dəfə çoxdur.

İntensiv kənd təsərrüfatı, torpaqlardan qeyri-rasional istifadə və onun bərpası üçün tədbirlərin görülməməsi münbitliyin itirilməsinə, eroziyaya və torpağın deqradasiyasına gətirib çıxarır.

Qlobal temperatur rekord səviyyədədir. Bu əsrdə 3 dərəcə Selsi qlobal istiləşmə ehtimalı 66 faizdir. Növbəti beş ilin ən azı birində qlobal orta temperaturun sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə Selsi yuxarı qalxması ehtimalı da 80 faizə çatır.

Bir milyona yaxın flora və fauna növü artıq tam məhv olmaq ərəfəsindədir, bütün ekosistemlər yaxın onilliklərdə iz qoymadan itirilə bilər.

Nəticə etibarı ilə, təbiəti mühafizə insanın həyatda qalması məsələsidir. Hər bir növ, hər bir ekosistem prosesi vacibdir və onlardan hər hansı birinin itirilməsi bizim həyatımız və gələcək nəsillər üçün gözlənilməz nəticələrə səbəb ola bilər.

Ətraf mühitin təhlükəsizliyi və biomüxtəlifliyin qorunması ekologiyaya mənfi təsirlərin azaldılmasına kömək edən dünya birliyi üçün prioritet fəaliyyət sahələridir. Bu sahədə strateji məqsədlər BMT-nin Stokholm Konfransı (1972), Ümumdünya Təbiət Xartiyası (1982), Bioloji Müxtəliflik Konvensiyası (1992) və Paris Sazişi (2015) ilə müəyyən edilib.

Ekoloji problemlərin həlli Müstəqil Dövlətlər Birliyinin gündəliyində də əsas yer tutur. Ötən müddət ərzində MDB çərçivəsində ətraf mühitin mühafizəsi və təbii sərvətlərin idarə edilməsinin müxtəlif sahələrində səmərəli qarşılıqlı fəaliyyəti təmin etmək üçün möhkəm hüquqi baza formalaşdırılıb.

Ekologiya və təbii sərvətlərdən ehtiyatlı istifadə məsələləri, ənənəvi olaraq, Birlik ölkələrinin rəhbərlərinin diqqət mərkəzində olub və MDB dövlətlərinin ərazisində həyata keçirilən bir çox layihə və təşəbbüslər çərçivəsində öz həllini tapır.

2022-ci ildə MDB-yə üzv dövlətlərin başçıları qlobal iqlim gündəliyinin həyata keçirilməsinə konstruktiv töhfə vermək niyyətlərini təsdiqləyən İqlim sahəsində əməkdaşlıq haqqında Bəyanat qəbul etdilər. Sənəddə etiraf edilir ki, iqlim dəyişikliyi dünyanın ən mühüm problemlərindən biridir və onun həlli beynəlxalq birliyin bütün üzvlərinin razılaşdırılmış fəaliyyətini tələb edir. MDB-yə üzv dövlətlərin mövcud beynəlxalq öhdəliklərə sadiqliyi və iqlim siyasətinə balanslaşdırılmış və iqtisadi cəhətdən əsaslandırılmış yanaşmanın zəruriliyi təsdiqlənir.

2020-ci ildə yenilənmiş MDB-nin gələcək inkişafı Konsepsiyasına əsasən, “əməkdaşlığın mühüm tərkib hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş resurslardan səmərəli istifadə sahəsində qarşılıqlı fəaliyyətdir”.

Qeyd edək ki, MDB-yə üzv dövlətlərdə milli səviyyədə ekologiya və ətraf mühitin mühafizəsi məsələlərinə də üstünlük verilir.

MDB İcraiyyə Komitəsinin saytında yerləşdirilən materialda qeyd olunur ki, Azərbaycanın bu sahədə əldə etdiyi əsas nailiyyətlərdən biri ölkəni qlobal iqlimdə lider mövqeyə çıxaran BMT-nin iqlim dəyişikliyi üzrə genişmiqyaslı konfransının sessiyasının - COP29-un uğurla keçirilməsi olub. Bu tədbir Bakının iqlim siyasətini və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi rolunu vurğulayıb. Bu konfransın mühüm aspekti karbon bazarları və iqlim maliyyəsi ilə bağlı məsələlərin həllində irəliləyiş olub.

Azərbaycan Paris Sazişinə uyğun töhfələr üzrə milli planların bir hissəsi olan yaşıl texnologiyaların inkişafı və meşə örtüyünün qorunması üzrə fəal işləyir. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra proqramlar, o cümlədən 2020–2030-cu illər üçün Milli Meşə Təsərrüfatı Proqramı hazırlanıb. Bundan əlavə, ətraf mühitin yaxşılaşdırılmasına yönəlmiş “Yaşıl Bakı” kimi layihələr həyata keçirilir ki, bu da ətraf mühit məsələlərində ictimaiyyətin fəal iştirakını nümayiş etdirir.

Materialda ətraf mühitin mühafizəsi istiqamətində MDB ölkələrində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verilir.

Ümumiyyətlə, MDB məkanında ekoloji təhlükəsizliyin təmin edilməsi iştirakçı dövlətlərin əlaqələndirilmiş fəaliyyətini tələb edən mürəkkəb məsələdir. Birlik ölkələrinin səyləri bundan sonra da təbiətin və heyvanlar aləminin mühafizəsi və qorunmasına, əhalinin rahat yaşayış şəraitinin yaradılmasına, gələcək nəsillər üçün əlverişli həyat mühitinin təmin edilməsinə yönəldiləcəkdir.

Son xəbərlər

Azərbaycan və Latviya DİN-ləri əməkdaşlıq edəcək

Prezident: Şirvan kanalı gələn il istifadəyə veriləcək, Qarabağ kanalının yenidən qurulmasına başlamışıq

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib

ADY Tbilisiyə səfər edəcək sərnişinlər üçün tələb olunan sənədlərin siyahısını açıqlayıb

Zəvvarlar Mina dağına yürüşlə Həcc ziyarətinə başlayıblar

"Şamaxı" Kərim Rossi ilə vidalaşıb

22 yaşlı fitnesçi evində ölü tapıldı

İranda qəzada həlak olan konsulumuzla vida mərasimi keçirildi - Fotolar

Serenay Sarıkaya saxlanıldı

ÇAĞDAŞ POETİK NƏFƏS... - FOTO

Vaqif Vüqar : Əynimə geyinib buludlarını... - FOTO

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031