
Xəbərlər
22.11.2024, 15:52
Millətlər Liqası: Pley-off mərhələsinin püşkü atıldı

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.
Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.
İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək.
Danimarka - Portuqaliya matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.
Qeyd edək ki, qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











