Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH
Lüksemburq Deputatlar Palatası növbəti dəfə qərəzli və absurd yanaşma sərgiləyib. Belə ki, bu dəfə cırtdan ölkənin qanunverici orqanının təmsilçiləri Qarabağda separatçı hərəkətlərə yol verən, Azərbaycan torpaqlarında terror aktlarına imza atan şəxslərin azad olunmasını tələb edən “qətnamə” qəbul ediblər. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olaraq bu yanaşmadan, sadəcə, təəssüf hissi keçirirəm. Təbii ki, bu sənədin heç bir hüquqi əsası yoxdur və bizim üçün adi kağız parçasından başqa bir şey deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

“Məsələ burasındadır ki, milli dili olmayan, öz qanunvericiliyində fransız dilini əsas dil kimi müəyyən etmiş lüksemburqlu təmsilçilər Cənubi Qafqaz regionuna da fransızsayağı yanaşırlar. “Qətnamə”də erməni lobbisinin, E.Makronun dəst-xətti kifayət qədər aydın sezilir. Belə ki, kağız parçasında Azərbaycan Xarici İşlər Nazirliyinin 2024-cü il 26 avqust tarixli qərarı ilə AŞPA-nın 76 deputatını "arzuolunmaz şəxs" elan etməsinə qarşı bənd də salınıb. Beynəlxalq münasibətlər sistemində heç bir nüfuzu olmayan cırtdan ölkənin bu cür qərəzli yanaşmaları təbii ki, rəsmi Bakının mövqeyinə təsir edə bilməz", - deyə deputat bildirib.

O bildirib ki, Lüksemburq parlamentinin qəbul etdiyi sənəd beynəlxalq birliyin Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana münasibətini dəyişə bilməz.

Erməni lobbisinin təsiri altına düşən lüksemburqlu parlamentarilər reallıq hissini itirərək, BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan COP29-un keçirildiyi bir vaxtda bu cür qarayaxma kampaniyasına qoşulublar. Azərbaycanı heç bir əsas olmadan söz azadlığını pozmaqda ittiham edirlər, amma nədənsə, COP29-un fəaliyyətini azad şəkildə işıqlandıran 4000-ə qədər yerli və beynəlxalq media təmsilçisini görməzdən gəlirlər. Eyni zamanda, 197 ölkənin vətəndaş cəmiyyətinin nümayəndələrinin məhz COP29 çərçivəsində müxtəlif mövzularda aparılan müzakirələrdə maneəsiz iştirakı söz azadlığının ən bariz göstəricisidir. Bu reallıqlar fonunda Azərbaycanı insan haqlarının pozulmasında ittiham etmək, sadəcə, riyakarlıqdır.

Məsələ burasındadır ki, Lüksemburqun Deputatlar Palatasının sədri də bu ilin mayında Ermənistana səfər edərək, bu ölkənin parlamentində çıxışı zamanı Azərbaycanın ünvanına ittihamlar səsləndirmişdi. Azərbaycan parlamenti bu qərəzli və absurd fikirləri kəskin şəkildə qınayaraq qətiyyətlə etirazını bildirmişdi.

Görünən odur ki, Lüksemburq 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqları hələ dərk edə bilməyib. Müharibədən sonra bu ölkənin xarici işlər naziri də absurd bəyanatlarla çıxış etmişdi. O vaxt Prezident İlham Əliyevin bu cırtdan ölkəyə “sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun” məzmunlu çox tutarlı reaksiyasını cırtdan dövlətin deputatlarına da xatırlatmaq yerinə düşər.

Son xəbərlər

Sabah yağış yağacaq, şimşək şaxacaq - PROQNOZ

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - FOTO

66 yaşlı Nazpəridən İstanbul - Fotosessiyası

Qəbul imtahanının II cəhdinin tarixi açıqlanıb

Qəbulun II cəhdinə qeydiyyat başlayır

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

Prezident İlham Əliyev İordaniya Kralını təbrik edib

Azərbaycanda apreldə əlilliyə görə sosial ödəniş alanların sayı açıqlanıb

İyunda bu bürclərin yeni şansları olacaq

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb

Attal prezidentliyə rəsmən namizəd oldu

Makron Lukaşenkoya zəng vurub, ona xəbərdarlıq etdi

İmişlidə qəza oldu - Ölənlər və yaralananlar var

Rubio: ABŞ Hörmüz boğazı açıldıqdan sonra nüvə məsələsini müzakirə etməyə hazırdır

QIZBƏS QƏBƏLƏ : BİR BAHAR AXŞAMINDA - FOTO

Şəhidlik zirvəsinə ucalan Quliyev Şəhriyar Nəsib oğlunun, may ayının 25- də cənnətdəki mövlud günüdü - FOTO

Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Prezidentin qızı Masallıdan maraqlı fotolar paylaşdı

Türkiyə bu ölkəyə ordunu yenidən qurmağa kömək edəcək

Azərbaycan yeni beynəlxalq təşəbbüslər irəli sürən mühüm dövlətlərdən birinə çevrilib ŞƏRH

Füzuli sakinini ildırım vurub öldürdü

Mənzil alanlara xəbərdarlıq: Sahələr süni şəkildə şişirdilir

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Pensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək

İctimai nəqliyyatda ödənişlə bağlı YENİLİK: Aylıq və illik PAKETLƏR GƏLİR

Anqolada qızıl mədənində torpaq sürüşməsi olub, azı 28 nəfər ölüb

Goranboyda sel fəsadlar törətdi - FOTO

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031