Bakıda 7 avtomobil toqquşdu - Xəsarət alanlar var
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Turaztv.az" APA-ya istinadən xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, qəzada 7 minik avtomobili qeydə alınıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.
Əraziyə polis əməkdaşları cəlb edilib.