Azərbaycan güclü və qalib ölkə kimi regionda, qlobal miqyasda söz sahibidir

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak edib.Xatırladaq ki, dövlət başçımızın 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra layihə hazırlandı və tikinti işlərinə başlanıldı. Sərəncamın hansı səviyyədə icra edilməsi artıq tək bizim yox, bütün dünyanın gözü qarşısındadır.
Cənab Prezidenthəmin tədbirdəki nitqində Ermənistana və onun havadarlarına mesajlar ünvanlayaraq bildirmişdir ki, son otuz ildə bizi işğal faktı ilə barışmağa çağıran bəzi Qərb siyasətçiləri indi də Ermənistanın Azərbaycan ərazilərində törətdiyi terror və təxribatları, Xocalı soyqırımını, ərazilərimizin 20 faizinin viranəliyə çevrilməsini, milli-mədəni, tarixi və dini abidələrimizin vəhşicəsinə yerlə yeksan edilməsini unutdurmağa çalışırlar. Ancaq əbəs yerə, biz həmin vandalizmləri unutmayacağıq.
Bəli, 30 il ərzində öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistan rəhbərlərinin Qarabağ və Şərqi Zəngəzurda gördükləri iş ancaq sökmək, dağıtmaq, yandırmaq, əraziləri minalamaqdan ibarət olmuşdur.
Beləliklə, işğalçı Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olaraq diz çökdü və kapituliyasiya aktına imza atmağa məcbur edildi. Kremlə yalvararaq kapitulyasiya aktına imza atmağı məqsədəuyğun sayan İrəvan rəhbərləri əvvəlcə sülh sazişi imzalamağa razılıq versə də, dörd ildir ki, sülhdən və regional sabitlikdən qaçırlar.
Dövlət başçımız sözügedən çıxışındabu məsələyə münasibət bildirərək dedi ki:“İkinci Qarabağ müharibəsinin, antiterror əməliyyatının nəticələri hesab edirəm ki, Ermənistanın bu günə qədər düzgün addımlar atması üçün kifayətdir. Ancaq bir məsələ var, onu da biz unutmamalıyıq ki, bu gün bu vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycanqüvvələr,bəziQərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər və mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər”.
Heç bir təzyiq və aparılan qarayaxma kampaniyası Azərbaycanın iradəsinə təsir edə bilməyəcək. Azərbaycan güclü və qalib ölkə kimi regionda, qlobal miqyasda söz sahibidir. Bu gün Bakı BMT-nin ən mötəbər təbbiri olan COP29-a ev sahibliyi edir. Məhz belə bir tədbirin ölkəmizdə keçirilməsi dövlətimizin apardığı uğurlu siyasətin məntiqi nəticəsi olmaqla yanaşı Azərbaycana, Onun Prezidentinə olan inam və etimadın bariz nümunəsidir.

Professor Fikrət RZAYEV,
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru,
Əməkdar müəllim

Son xəbərlər

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930