Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub FOTOLAR
Noyabrın 9-da Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkədə bildirib.

“Bu gün, noyabrın 9-da Ukrayna Mədəniyyət və Xalq Yaradıcılığı İşçiləri Günündə Bakının mərkəzində yenilənmiş Ukrayna Mərkəzinin təntənəli açılışı olub”, – diplomat yazıb.

O, açılışda ukraynalı fotoqraf Maksım Starikovun “Uşaqların düşüncələri” sərgisinin baş tutduğu qeyd edib. “Azərbaycanda ilk dəfə təqdim olunmuş bu sərgi müharibə şəraitində yaşayan müasir Ukrayna uşaqlarına həsr olunub”, – səfir vurğulayıb.

Husyev tədbirdə Ukrayna icmalarının başçıları və Ukraynanın tərəfdaşlarının səfirlərinin iştirak etdiyini diqqətə çatdırıb.

“Bakıda Ukrayna Mərkəzinin açılışı təkcə mədəni hadisə deyil, həm də Ukrayna – Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır. Mərkəz Azərbaycandakı Ukrayna cəmiyyəti, eləcə də Ukrayna mədəniyyəti və tarixi ilə maraqlanan hər kəs üçün görüş yerinə çevriləcək”, – o nəql edib.

Xatırladaq ki, ötən ay Husyev ukraynalı uşaqların terapiyadan keçdiyi Qəbələ Uşaq Reabilitasiya Mərkəzini ziyarət etmişdi.
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub FOTOLAR
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub FOTOLAR
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub FOTOLAR
Bakıda yenilənmiş Ukrayna Mərkəzinin açılışı olub FOTOLAR

Son xəbərlər

Azərbaycanın zəfərinin qlobal önəmi- "C5+1"i reallaşdıran Zəngəzur dəhlizi - ŞƏRH

Spiker COP30-da çıxış etdi

Gələn ildən tətbiq ediləcək vergi güzəştlərinə aydınlıq gətirilib

Daha bir ölkənin rəsmisi Zəfər Paradında iştirak edəcək - FOTOLAR

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

QƏŞƏM NƏCƏFZADƏ : Sənli xatirələr çıxır aradan - FOTO

Təqaüdçülərə, şagird və tələbələrə ictimai nəqliyyatda güzəşt məsələsi Milli Məclisdə qaldırıldı

Xankəndi Zəfər Gününə belə hazırlaşır - FOTOLAR

BELA ZƏNGİBASARLI : CAN AZƏRBAYCAN - FOTO

Bakıda hamamda yıxılan qadın vəfat etdi

Bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək

Dişi ağrıyan 31 yaşlı baş redaktor vəfat etdi

Parlamentdə büdcə müzakirələri - 4 komitə iclas keçirir

Sanksiyalar Rusiyanı “vurdu”

Bu gün Azərbaycanda qısa iş günüdür

Dünya bazarlarında neftin qiyməti artıb

BMT: İsrail Livana hücumları münaqişənin həlli ilə bağlı irəliləyişi sarsıdır

Heydər Əliyev adına liseydə “Sən qalibsən, Azərbaycan!” adlı tədbir keçirilib - FOTOLAR

Həbsdə yalnız qatıqla qidalanır

Əməkdar artistin dəfn yeri məlum oldu

“İlin futbolçusu” mükafatına namizədlər açıqlandı - Siyahı

BMT ona qoyulan sanksiyaları ləğv etdi - Bir ölkə bitərəf qaldı

Ədliyyə naziri: Heç bir partiya çoxluq təşkil etməsə, təkrar seçkilər keçiriləcək

"Trampdan daha məşhuram" - Ronaldo

Polşada təqaüdçüləri də hərbi təlimə çağıracaqlar

Culani sanksiya siyahılarından çıxarıldı

Naxçıvanda Zəfər Günü münasibətilə Hacadağa zirvə yürüşü təşkil olunub - FOTOLAR

Bütün xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930