Xəbərlər
9.11.2024, 00:13
Türkiyə parlamentinin sədri Azərbaycanı təbrik edib: Qardaşlığımız əbədi olsun!
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Vətən müharibəsində qazanılan Zəfərin dördüncü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kurtulmuşun sosial şəbəkələrdəki paylaşımında deyilir: “Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümündə Azərbaycanı Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 44 günlük müharibədə şəhid olanların xatirəsini ehtiramla yad edir, Qarabağın azadlığı uğrunda qəhrəmancasına mübarizədə iştirak etmiş qazilərə öz ehtiramımı bildirirəm. Qarabağ Zəfərimiz mübarək, qardaşlığımız əbədi olsun!”.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay