Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.

"Turaztv.az" “Report”-a istinadən xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib.

2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr - Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Bu il artıq dördüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur.

2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.

Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.
Azərbaycanda Dövlət Bayrağı Günüdür

Son xəbərlər

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək

Onları 7 min manatadək cərimə gözləyir - Prezident təsdiqlədi

Əsgərlikdən möhlət verilməsi ilə bağlı da dəyişiklik olacaq

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir

Türkiyə və ABŞ Suriya ilə bağlı razılığa gəliblər

"Yüksəkixtisaslı miqrant"lara və ailə üzvlərinə bir sıra güzəştlərin verilməsi ilk oxunuşda təsdiqlənib

Şənbə günü Bakıya sulu qar yağacaq - PROQNOZ

Sabah Culfanın bəzi kəndlərində işıq olmayacaq

Həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 30-a endirilir

Hakimlik üçün imtahan keçiriləcək

Nikol Paşinyan Moskvada səfərdədir

DYP əlverişsiz hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Regionda PKK layihəsinin ləğvi – Suriya Bəşşarın ardınca onu yola salacaq - ŞƏRH

İranlı deputat: Yarım milyona yaxın insan nikah krediti ala bilmir

MDB ölkələrinin hökumət başçıları əməkdaşlığa dair bir sıra sənədlər imzalayıb

Bu günədək bələdiyyə seçkilərinə 3 minə yaxın şəxs namizədliyini irəli sürüb

Ceyhun Bayramov: Ermənistanla sülh müqaviləsi ilə bağlı danışıqlarda yekun razılaşma yoxdur

İranda qadın müğənni hicab taxmadan səhnəyə çıxıb

Tbilisidə baş verən iğtişaşların fəal iştirakçısı saxlanılıb

Türkiyə səfiri: Heydər Əliyevi vəfatının 21-ci ildönümündə rəhmət və hörmətlə anırıq

UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turuna yekun vurulacaq

Abşeronun və Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Mehriban Əliyeva Ümummilli Liderlə bağlı PAYLAŞIM ETDİ

Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - Foto

Ümummilli Lider Heydər Əliyevin vəfatından 21 il ötür

Malik İsaqov vətəndaşların problemlərini dinlədi - FOTOLAR

Tehranda məktəblər və ofislər bağlandı

Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031