Milli Aviasiya Akademiyasında Elmi şuranın iclası keçirilib - FOTO
Milli Aviasiya Akademiyasında (MAA) Elmi şuranın iclası keçirilib.

MAA-dan AZƏRTAC-a bildirilib ki, iclası açıq elan edən rektor Arif Paşayev 2024-2025-ci tədris ili münasibətilə kollektivi təbrik edib və Elmi şuranın işinə uğurlar arzulayıb.

İclasda çıxış edən birinci prorektor-tədris işləri üzrə prorektor Ədalət Səmədov 2024-2025-ci tədris ili üçün MAA-ya tələbə qəbulunun nəticələri, növbəti 2025-2026-cı tədris ili üçün qəbul planı barədə məlumat verib.

İclasa qonaq qismində dəvət olunan “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov 75-ci Beynəlxalq Astronavtika Konqresinin nəticələri barədə məlumat verib. Sürətli inkişaf fonunda Azərbaycanın artıq dünya miqyasında kosmik ölkə kimi tanındığını bildirib. O qeyd edib ki, ölkəmiz Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olaraq Avropa, Mərkəzi Asiya, Afrika regionlarındakı tərəfdaşlarla telekommunikasiya üzrə peyk xidmətləri təqdim edir. S.Əsədovun sözlərinə görə, yaxın illərdə ölkəmizdə ən mütərəqqi texnologiyalara sahib olan peyklərin istehsalına başlanılacaq ki, bu prosesdə azərbaycanlı gənclər fəal iştirak edəcək. İdarə Heyətinin sədri “Azərkosmos” və MAA arasındakı əməkdaşlıq və birgə layihələr barədə də danışıb.

Məruzəçi Aerokosmik cihazlar kafedrasının müəllimi Əliağa Sahibcanov “Teknofest 2024” Aerokosmik və Texnologiya festivalının qalibi olan “Peyk modeli” layihəsi haqqında məlumat verib. Bildirib ki, Türkiyənin Adana şəhərində keçirilən festivalda Milli Aviasiya Akademiyasının tələbələrindən ibarət “Orion” komandası Azərbaycanı uğurla təmsil edərək, ikinci yerə layiq görülüb.

Uçuş aparatlarının işlənib hazırlanması laboratoriyasının layihələndirmə üzrə aparıcı mühəndisi Sərxan Ağadadaşov iclas iştirakçılarının nəzərinə çatdırıb ki, laboratoriyada çalışan tələbələr təyyarələrin uçan modellərinin hazırlanmasının nəzəri və praktik əsaslarını, idarə edilməsini öyrənir, bu modellərlə Azərbaycanı beynəlxalq yarışmalarda layiqincə təmsil edirlər.

MAA-nın Təlim Mərkəzinin baş direktoru Aqil Heydərovun Təlim Mərkəzinin fəaliyyəti barədə hesabatı dinlənilib.

Elmi katib, yeni texnologiyalar üzrə prorektor Xəqani Abdullayev Elmi şuranın tərkibinin və iş planının təsdiq edilməsi barədə məlumat verib. Sonda akademik Arif Paşayev beynəlxalq yarışmalarda yüksək nəticələr əldə edən MAA tələbələrinə mükafatlar təqdim edib.
Milli Aviasiya Akademiyasında Elmi şuranın iclası keçirilib - FOTO
Milli Aviasiya Akademiyasında Elmi şuranın iclası keçirilib - FOTO
Milli Aviasiya Akademiyasında Elmi şuranın iclası keçirilib - FOTO

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930