ATƏT çərçivəsində Qərbi Azərbaycanla əlaqədar yan tədbir keçirilib - FOTO
Oktyabrın 2-də Polşada ATƏT-in 2024-cü il Varşava İnsan Ölçüsü Konfransı çərçivəsində “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təmsilçisi Nədimə Rəhimli və İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli yan tədbir keçiriblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yan tədbir “İqlim dəyişmələri və qaçqınların sağlamlığı” mövzusuna həsr edilib və dünyada qaçqın və məcburi köçkünlərin vəziyyəti, iqlim dəyişmələrinin onların həyatına sosial, iqtisadi təsirləri müzakirə edilib. Dünyada məcburi köçkünlərin üzləşdiyi problemlər, xüsusilə Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslərin öz ata-baba yurdlarına qayıtmaq hüququnun bərpa edilməsinin vacibliyi geniş müzakirə olunub. Bildirilib ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların bir hissəsi köç zamanı yeni iqlim mühitinə uyğunlaşa bilməyib, həyatlarını itiriblər.

Yan tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilib.

Toplantıda Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və agentliyin əməkdaşları iştirak ediblər. Təqdimatdan sonra baş tutan müzakirələrdə Malta, Avstriya, Polşa, Qazaxıstan, Özbəkistan, Sudan, Ukrayna, Macarıstan, Gürcüstan və Türkiyə kimi ölkələrdən vətəndaş cəmiyyəti nümayəndələri fikirlərini bildiriblər.

Yan tədbir çərçivəsində Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə atdığı addımlar da yüksək qiymətləndirilib, COP29-dan gözləntilər, inklüzivliyin əhəmiyyəti vurğulanıb.
ATƏT çərçivəsində Qərbi Azərbaycanla əlaqədar yan tədbir keçirilib - FOTO
ATƏT çərçivəsində Qərbi Azərbaycanla əlaqədar yan tədbir keçirilib - FOTO

Son xəbərlər

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930