“Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi olub
Oktyabrın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə partiyanın Veteranlar Şurasının üzvü Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, YAP Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərlərdən bəhs edib, eləcə də təqdim olunan kitabın əhəmiyyətindən danışıb.

Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bildirib ki, Zərifə Quliyevanın müəllifi olduğu “Zəfər tariximizin fatehləri” kitabında xalqımızın Zəfər yürüşü geniş əksini tapıb.

Tədbirdə, həmçinin YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, kitabın redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əliqismət Bədəlov, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə, YAP Veteranlar Şurasının üzvləri - Tahir Quliyev, professor Adilə Abbasova, Əməkdar jurnalist Tahir Məmmədov və şairə-publisist Nəsibə İsrafilqızı çıxış edərək Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıblar.

Qeyd ediblər ki, kitabda müəllifin Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva haqqında yazılmış məqalələri, son illərdə müxtəlif media orqanlarında dərc olunan şərhləri və müsahibələri toplanıb. Nəşrdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı haqq mübarizəsindən, bu müqəddəs amallar uğrunda xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsindən, xüsusilə dünya azərbaycanlılarının dövlət başçımızın ətrafında sıx birləşməsindən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın humanizm meyarına əsaslanan fəaliyyətindən bəhs edilib.

Kitabın müəllifi, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxış edərək deyilən xoş sözlərə görə və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən bəhs edib. Vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri nəticəsində azad edilmiş ərazilərimiz qısa zamanda dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
“Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi olub
“Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi olub

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

Müstəqil Azərbaycan 35 yaşında!

İran da Məkkə Sazişinə qoşulur?

Bu serial da final edir

Bu məhəllədə hamının soyadı eynidir

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

İNSANLARIN BƏZİLƏRİNƏ NİYƏ İNAM YOXDUR? YAXUD ONLARDA İNAMSIZLIQ HARADAN QAYNAQLANIR?

Atlaz Rzayi : Getmək istəsən - FOTO

AY QARDAŞIM BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR... - FOTO

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Hicran Fuad Əhmədlinin "Qapımı döyən səs" adlı şeir kitabının və "Zülmətdən işığa doğru", "Qan qoxu" adlı hekayə kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

Pərvanə Zalamlı : Mənə sadiq yol yoldaşı ol ,ömrüm! - FOTO

Günel Bədəlova Federasiyanın vitse-prezidenti seçildi

Ərindən sonra qızını da itirdi - FOTOLAR

Eyni serialda baş rolu oynayacaqlar

AYDIN MEHRƏLİYEV – 80

Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031