Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqimat mərasimi keçirilib.

"Turaztv.az" “Qafqazinfo” -ya istinadən xəbər verir ki, təqdimat mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Soltan Məmmədov, Jalə Əliyeva və Ramin Məmmədov, ali məktəb rektorları, AMEA-nın şöbə və kafedra müdirləri, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyyətinin əməkdaşları, ərazi üzrə partiya təşkilatlarının sədr, sədr müavinləri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edənlər - YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasını üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, Milli Məclisin deputatları Soltan Məmmədov və Elnur Allahverdiyev, Yasamal Rayon İcra Hakmiyyətinin başçısı Elşad Həsənov çıxış edərək qeyd ediblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir.

Ulu öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları kitabda Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm

tarixi fakt yer alır. Kitabda Ümummilli liderin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub.

“Heydər Əliyev. 100 faktın tarixi” kitabı 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İlk təqdimat mərasimi ötən ilin dekabrında olub. Hazırda kitabın elektron versiyası və saytı üzərində iş gedir. Rus, ingilis, fransız və çex dillərinə təcürmə olunur. Kitabın bu dillərdə də çapı nəzərdə tutulur.
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar
Ümummilli lider haqqında kitabın təqdimat mərasimi keçirildi - Fotolar

Son xəbərlər

Xudafərin körpüsünün işğaldan azad edilməsindən 6 il ötür

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 35 il ötür

Müstəqil Azərbaycan 35 yaşında!

İran da Məkkə Sazişinə qoşulur?

Bu serial da final edir

Bu məhəllədə hamının soyadı eynidir

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

İNSANLARIN BƏZİLƏRİNƏ NİYƏ İNAM YOXDUR? YAXUD ONLARDA İNAMSIZLIQ HARADAN QAYNAQLANIR?

Atlaz Rzayi : Getmək istəsən - FOTO

AY QARDAŞIM BU GÜN SƏNİN DOĞUM GÜNÜNDÜR... - FOTO

20 dəqiqəyə ölüm hökmü verilən məşhur alim – “Bizim küçələr”

Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma

Hicran Fuad Əhmədlinin "Qapımı döyən səs" adlı şeir kitabının və "Zülmətdən işığa doğru", "Qan qoxu" adlı hekayə kitablarının təqdimat mərasimi keçirildi - FOTOLAR

Pərvanə Zalamlı : Mənə sadiq yol yoldaşı ol ,ömrüm! - FOTO

Günel Bədəlova Federasiyanın vitse-prezidenti seçildi

Ərindən sonra qızını da itirdi - FOTOLAR

Eyni serialda baş rolu oynayacaqlar

AYDIN MEHRƏLİYEV – 80

Qızbəs QƏBƏLƏ : VAĞZALLAR ( Hekayə)

Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031