Şuşada mikroavtobus aşdı - Yaralılar var
Şuşada mikroavtobus qəzaya uğrayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Turşsu qəsəbəsində baş verib.
Belə ki, idarəetmədən çıxan “Ford” markalı mikroavtobus yol kənarına aşıb. Yaralılar Xankəndi xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, onlardan ikisinin vəziyyəti ağırdır.