Frank Şvabe Don Kixotluq edir: Satılmış siyasətçilər özləri ilə vuruşurlar - ŞƏRH

Artıq bir neçə ildir ki, Qərb dairələrində Azərbaycana qarşı kampaniya başladılıb. Bunun əsas səbəbi bir çox ölkənin və beynəlxalq təşkilatın rəsmi Bakının geosiyasi proseslərə istiqamət verən aktor olmasını qəbul etməməsi, sadə dillə desək, gözü götürməməsidir.
Belə ki, çoxlarına məlum olduğu kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatından sonra regionda yeni reallıqlar yaradıb. Və bu reallıqlar təkcə Cənubi Qafqaz regionunu deyil, bütün dünyanı, fərqli bölgələri əhatə etməkdədir. Bu, bir çoxlarının xoşuna gəlmir. Bəzi siyasətçilər, beynəlxalq təşkilatlar isə bunu açıq-aydın ifadə edir, gizlətməkdən çəkinmirlər.

Belələrindən biri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabedir. O, bu gün bütün dünyada özünün Azərbaycanafob mövqeyi ilə tanınır. Adıçəkilən siyasətçi son çıxışlarının birində Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib. Bu, qarayaxmadan başqa bir şey deyil.

Birincisi, Azərbaycanda siyasi məhbus yoxdur. İkincisi, bu, Şvabenin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Üçüncüsü, maraqlıdır ki, Qərbin dəstəklədiyi yerli media şəbəkəsinin (Abzas Media, Toplum TV və s.) ifşasından sonra belə ittihamlar yenidən artıb. Bu, Qərbin narahatlığını göstərir. Beləliklə, F.Şvabe və onun kimiləri göstərmək istəyirlər ki, guya "Abzas Media", "Toplum TV" və digər subyektlərin əməkdaşlarının həbsi siyasi motivlidir. Halbuki artıq sübut olunub ki, onlar jurnalistika ilə yox, təbliğatçılıqla, daha dəqiq desək, Qərbin direktivlərini yerinə yetirməklə məşğul olublar.
Frank Şvabe Don Kixotluq edir: Satılmış siyasətçilər özləri ilə vuruşurlar - ŞƏRH

Bu, həm də Qərbin Azərbaycan xalqının ictimai şüuruna zərərli toxumlar səpmək cəhdidir. Əlbəttə, rəsmi Bakı buna imkan verməzdi. Madam ki, AŞPA obyektivdir və F.Şvabe qərəzli siyasətçi deyil, onda niyə Ermənistanda baş verənlərlə bağlı bir kəlmə də deyilmir? Axı 2019-cu ildə Ermənistan həbsxanasında müxalif jurnalist (M.Yegiazaryan) aclıq aksiyası keçirərək ölmüşdür, digər müxalif siyasətçi elə məhkəmə zalında ölmüş (Armen Qriqoryanın, 15 iyul 2022-ci il), keçmiş hakimiyyətin bir çox fəal funksioneri (məsələn, Armen Aşotyan) həbs edilmişdir. Niyə bunlar barədə danışılmır? Nə üçün növbə Ermənistana çatanda Qərb “ağzına su alıb oturur”?

F.Şvabenin siyasi keçmişinə nəzər salsaq, cavab sadədir: illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışıb. Lakin o, bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə danışmayıb. Bu barədə də çox düşünməyə ehtiyac yoxdur: F.Şvabe satılmış siyasətçidir. O, AŞPA kimi qurumların siyasətlərini reallaşdırmaq üçün istifadə olunur. Bunun başqa izahı yoxdur. Şvabenin Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə "bədii film"in hazırlannmasında iştirakı da bunu təsdiqləyən növbəti arqumentdir.

Qərb dairələri müntəzəm olaraq belə siyasətçilər vasitəsilə Azərbaycana qarşı sanki “səlib yürüşünə” başlayırlar. Belə kampaniyalar adətən ölkədə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilmə ərəfəsinə təsadüf edir.
Frank Şvabe Don Kixotluq edir: Satılmış siyasətçilər özləri ilə vuruşurlar - ŞƏRH

Xatırlatmaq yerinə düşər ki, müxtəlif illərdə Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları ərəfəsində də oxşar cəhdlər olmuşdu. İndi isə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Belə bir vaxtda rəsmi Bakıya qarşı qarayaxma kampaniyasının əsas səbəblərindən biri, heç şübhəsiz, ölkənin beynəlxalq arenada artan nüfuzuna zərbə vurmaqdır. Belə cəhdlərin arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır.

F.Şvabenin və onun kimilərinin Azərbaycana qarşı qərəzli mövqeyini təsdiqləyən onlarca fakt var. Lakin nəzərə almaq lazımdır ki, rəsmi Bakıda artıq immunitet formalaşıb. Odur ki, F.Şvabe də, onun tək satılmış siyasətçilər də sadəcə Don Kixot kimi öz-özləri ilə vuruşurlar.(Report)

Son xəbərlər

Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri+Video

Sabah Biləsuvarın 10 kəndində qaz kəsiləcək

Tramp: Kürdlər bizi pis vəziyyətdə qoydu, bunu unutmayacağam

Bakıda və rayonlarda külək güclənəcək

Korsikanın siyasi qələbəsi: Fransa yeni reallığı qəbul edir - ŞƏRH

Azərbaycandan Ermənistana növbəti dəfə neft məhsulları ixrac olunacaq

Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA

Sabah Bakıda 30 dərəcə isti olacaq, rayonlara yağış yağacaq

Bakıda növbəti “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraiti bəzi yerlərdə fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

"İşləmək üçün dəfələrlə efirdən qurumlara müraciət etmişəm" - Eldəniz Məmmədov

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Beren Saat, Kenan Doğulu və bəzi məşhurlar saxlanıldı

ADNSU-da Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb - FOTOLAR

NEYROTEXNOLOGİYADA YENİ ERA: Çin Maskın Monopoliyasına Son Qoyur

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb

Doktoranturaya qəbul olmaq istəyənlər üçün qeydiyyat elan edilib

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb

Zakir Həsənov Pakistana başsağlığı verib

Bakı və Salyanın bəzi ərazilərində işıq olmayacaq

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930