
Xəbərlər
4.03.2020, 14:04
Bakıda marketin qarşısında dəhşətli hadisə - ÖLƏN VAR

Ötən gecə Bakıda ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, Suraxanı rayonu Ramana qəsəbəsində yerləşən "AL market"in qarşısında 1987-ci il təvəllüdlü Kərimov Sahib Paşa oğlunun idarə etdiyi "Tofaş"la Mirnurlan Zaidovun sürdüyü " Kia Sorento" toqquşub.
Nəticədə, 33 yaşll Sahib Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







