“Zirə” pley-offda! - Yenilənib
Bu gün “Zirə” doğma meydanda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Turaztv.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, təmsilçimiz Xorvatiyanın “Osiyek” komandası ilə qarşılaşacaq.

Avstriyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşmaya 20:30-da start veriləcək.

Qeyd edək ki, pley-offa vəsiqə qazanan komanda Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
15 avqust

20:30. “Zirə” – “Osiyek”
Hakimlər: Yulian Veynberqer, Maksimilian Kolbitş, Andreas Vitşniqq, Stefan Ebner
VAR hakimləri: Uolter Altmann, Andreas Heiss (hamısı Avstriya)
“Liv Bona Dea Arena”
(İlk oyun – 1:1)

***

Komandaların start heyətləri açıqlanıb:

“Zirə”: 97. Tyaqo Silva, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 6. Eldar Quliyev, 8. İsmayıl İbrahimli, 15. Pyer Zebli, 18. Martins Junior, 23. Rafael Utziq, 90. Davit Volkov.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev.

Baş məşqçi: Rəşad Sadıqov.

“Osiyek”: 1. Nikola Çalvina, 36. Nail Ömeroviç, 26. Luka Yeleniç, 14. Marko Soldo, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Yuqoviç (k), 39. Domaqoy Bukviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 4. Kreşimir Vrbanaç, 10. Pedro Lima, 11. Risenio Keval, 18. Niko Farkaş, 43. Dominik Babiç, 46. İvan Bariç, 49. İvano Kolarik, 55. İvan Kviyanoviç, 98. Şimun Mikolçiç.
Baş məşqçi: Federiko Koppitelli.

***

Matç başladı.

***

37-ci dəqiqədə qonaqlar hesabı açır. Verdan Yuqoviç fərqlənir - 0:1

***

İlk hissə başa çatdı.

***

55-ci dəqiqədə “Zirə” hesabı bərabərləşdirir. Qismət Alıyev penaltini dəqiq yerinə yetirir.

***

Anton Matkoviç 80-ci dəqiqədə qonaqları yenidən hesabda önə keçirir - 1:2

***

“Zirə” 90-cı dəqiqədə yenidən hesabı bərabərləşdirir - 2:2.

***

Matçın 90 dəqiqəsi 2:2 hesabı ilə başa çatdı. Qalibi müəyyənləşdirmək üçün hərəsi 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılacaq.

***

Qalib penaltilər seriyasında müəyyənləşəcək.

***

Penaltilər seriyasında 2:1 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi pley-offa adlayır.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930