
Xəbərlər
15.08.2024, 14:24
Makron təsdiqlədi: İki qırıcı toqquşdu, pilotlar öldü

Fransa Prezidenti Emmanuel Makron ölkənin şərqində “Rafale” qırıcılarının toqquşması nəticəsində iki fransız pilotun həlak olduğunu təsdiqləyib.
Bu barədə Makron sosial şəbəkə hesabında yazıb.
“Ölkə Saint-Dizier aviabazasının nümayəndələrinin ailələrinin və qardaşlarının ağrısını bölüşür”, - deyə o qeyd edib.
Xatırladaq ki, ötən gün ölkənin şimal-şərqində iki “Rafale” qırıcısı qəzaya uğramışdı. Pilotlardan biri katapult etmişdi, digər ikisi isə axtarılırdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










