Xəbərlər
12.08.2024, 22:41
“Neftçi”dən növbəti transfer
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Rafal Quzzo heyətə cəlb olunub.
29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, “Neftçi”də 6 nömrəli formanı geyinəcək. Təcrübəli yarımmüdafiəçi ötən mövsüm Portuqaliyanın “Çaves” klubunun heyətində 17 oyuna çıxıb və 2 qol vurub.
Qeyd edək ki, “Neftçi” bunadək Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer, Andrey Ştoqrin və Rüstəm Samiqullini heyətinə qatıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay