
Xəbərlər
12.08.2024, 09:30
Gəlin özünü asıb, yoxsa özü gəlini asıb???
RESPUBLİKAXƏBƏR.AZ-a Şəki rayon sakini tərəfindən redaksiyamıza şikayət daxil olub.
Respublikaxəbər.az xəbər verir ki, Şəki rayon, Dərəcənnət kənd sakini, Həsrətov Cahangir Cabbar oğlu, redaksiyamıza müraciət edərək, təxminən 5-6 il bundan öncə övladı Həsənəliyeva Səbinənin Göygöl rayonunun keçmiş "Kamo" hazırda Yeni Zod kənd sakini Həsənəliyev Elşad Rauf oğlu ilə ailə həyatı qurduğunu, qızı Səbinənin 2 azyaşlı uşağı olduğunu, nəticədə 29 iyun 2024-cü il tarixdə, gecə saatlarında Göygöl rayonunun keçmiş "Kamo" hazırda Yeni Zod kəndində ölü tapıldığını bildirmişdir. Şikayətçinin şikayət etməsinin məqsədi, qızı Səbinə Həsənəliyevanın ölüm faktı ilə bağlı aparılan istintaq araşdırmasının qeyri-obyektiv, qərəzli və birtərəfli aparıldığını demişdir.
Bundan əlavə Səbinə Həsənəliyevanın atası, ailə üzvləri və digər qohumları Səbinə Həsənliyevanın özünü intihar etdiyini yox, qaynanası tərəfindən öldürülərək, cinayətin izini itirmək üçün asıldığını düşündüklərini bildiriblər.
Səbinə Həsənəlyevanın ailə üzvləri və yaxın qohumları tərəfindən redaksiyamıza videoçəkiliş olaraq verdikləri müsahibə əsasında həyat yoldaşı Həsənəliyev Elşad Rauf oğlu ilə əlaqə yaratdıq,
Elşad, ölü tapılmış həyat yoldaşının hansı səbəbdən öldüyünü və kim tərəfindən öldürüldüyünü bilmədiyini, Məhkəmə Tibbi Ekspertizanın rəyini və prokurorluğun qərarını gözlədiyini demişdir. Onu da qeyd edək ki, şikayətçilər, aparılan istintaq araşdırmasının Göygöl rayonundan götürülərək, digər bir rayon prokurorluğuna, eləcə də Baş Prokurorluğun nəzarətində olmasını xahiş edirlər.
Səbinə Həsənəliyevanın ölüm faktı ilə bağlı aparılan araşdırmalarla bağlı edilən narazılıqları olduğu kimi qeyd edərək, tərəfimizdən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat məktubu ünvanlanacaqdır.
Onu da qeyd edək ki, şikayətçilər tərəfindən redaksiyamıza videoçəkiliş olaraq edilən müraciət, hazırlandıqdan sonra "Respublikaxəbər.az" adlı youtube kanalımızda ictimailəşdiriləcəkdir.
RESPUBLİKAXƏBƏR.AZ
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


