Xəbərlər
12.08.2024, 01:08
İraqdakı beynəlxalq hərbi koalisiya missiyasını başa vura bilər
İraqın xarici işlər naziri Fuad Hüseyn və ABŞ-nin dövlət katibi Entoni Blinken beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasının başa çatması ilə bağlı birgə bəyanatla çıxış edəcəklər.
Turaztv.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Tasnim” mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, iraqlı diplomatın ABŞ-yə gözlənilən səfəri çərçivəsində iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri mətbuat konfransı keçirəcəklər.
Agentliyin mənbələri vurğulayıb ki, İraq Kürdüstanı istisna olmaqla, koalisiya qoşunlarının ölkə ərazisindən çıxarılması 2025-ci ilin sentyabrında başlayacaq. Koalisiya qüvvələrinin İraq Kürdüstanından çıxarılması isə 2026-cı ilin sentyabrında planlaşdırılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay